Meral Akşener Elçibəyi və xanımını rəhmətlə yad etdi

Meral Akşener Elçibəyi və xanımını rəhmətlə yad etdi

Hurriyyet.org xəbər verir ki, tanınmış türk siyasətçi, Türkiyənin daxili işlər naziri və parlament sədrinin müavini vəzifələrini icra eləmiş, 2018-ci ildə Türkiyədə keçirilən prezident seçkilərində rəhbərlik elədiyi “İYİ” partiyası tərəfindən ölkə başçısı vəzifəsinə namizədliyi irəli sürülümüş Meral Akşener Azərbaycanın keçmiş prezidenti, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın dünyasını dəyişməsi ilə əlaqədar olaraq sosial mediada başsağlığı verib.

Meral xanım yazıb: “Türk dünyasının birləşməsi və qardaşlığı üçün ömrü boyunca mübarizə aparan rəhmətlik böyüyüm Əbülfəz Elçibəyin dəyərli həyat yoldaşı Həlimə xanımı itirdiyimiz üçün sözlə ifadə edilməyəcək dərəcədə üzülürəm.

Rəbbim məkanını cənnət eyləsin”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA