Merkelin xələfindən Türkiyə TƏXRİBATI

  • 2019-05-20 15:13:06
  • |
  • Dünya /

Merkelin xələfindən Türkiyə TƏXRİBATI

Hurriyyet.org xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkelin üzvü olduğu Xristian Demokrat Birlik Partiyasının (CDU) yeni başçısı Anneqret Kramp-Karrenbauer, Avropa Parlamentinə seçkilərdən əvvəl Türkiyə ilə bağlı provokativ açıqlama verib. Siyasətçi Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı çıxış edərək deyib: “Avropa Parlamentinin seçkiləri üçün veriləcək hər bir səs, azadlığa sahib olmayan Türkiyədəki müxalifət üçün də verilmiş sayılacaqdır”.

Türkiyə partiya liderinə islamofobiyalı təhdid

Almaniyanın Yenilik və Ədalət Birliyinin (BIG) başçısı Haluk Yıldız ona poçt vasitəsi ilə islamafobiya və təhdid məzmunlu bir məktub göndərildiyini açıqlayıb. Yıldız əsla yorulmayacaqlarını bildirərək, Avropa İttifaqı ölkələrində yaşayan türk vətəndaşlarını AP seçkilərində irqçiliyə qarşı səc verməyə çağırıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA