Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz əlli milyon

Oktyabrın 7-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.

Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 7,99%-dir.