Məsciddə qətliam törədən terrorçunun manifesti ortaya çıxdı - “ƏRDOĞANI, MERKELİ, SADİQ XANI ÖLDÜR”

  • 2019-03-15 18:32:37
  • |
  • Dünya /

Məsciddə qətliam törədən terrorçunun manifesti ortaya çıxdı - “ƏRDOĞANI, MERKELİ, SADİQ XANI ÖLDÜR”

Hurriyyet.org xəbər verir ki, Yeni Zellandiyada cümə namazı vaxtı məscidlərə hücum edərək onlarla insanın ölümünə səbəb olmuş 28 yaşı Brenton Tarrantın, hücumdan əvvəl “Tvitter”də çox uzun bir irqçi manifesto yaydığı ortaya çıxıb.

Qatilin manifestində yazılıb:

“Siyahının başında antialman, antiağdərili hər şeyin anası Merkel var. Nun qədər Avropaya zərər verən və Avropanın irqini öz xalqından təmizləyən az tapılar”.

“Ərdoğan da bizim insanların ən qədim düşməninin və Avropadakı ən böyük islamçı qruplardan birinin lideridir. Bu maharibə başçısı, hazırda Avropanı işğal eləmiş olan əsgərlərini ziyarət edən zaman qanının son damlasını verməlidir. Ölümü hal-hazırda torpaqlarımızı işğal eləmiş türk işğalçılar ilə etnik Avropa xalqları arasında təfriqəyə səbəb olmaqla yanaşı, eyni zamanda Türkiyənin regiondakı nüfuzunu azaldacaq, Rusiyanın əsas düşmənlərindən birini ortadan qaldıracaq və NATO-da qeyri-sabitliyə səbəb olub bu təşkilatı parçalayacaqdır”.

“Bunu yazdığım zaman Londonun bələdiyyə başçısının Sadiq Xan olması Britaniya adalarında Britanya xalqının etnik olaraq yerinə keçilməsinin və xalqın hüquqlarından məhrum edilməsinin ən aşkar əlamətidir. Bu pakistanlı müsəlman işğalçı indi London əhalisini təmsil edir. Londinium (Antik London), Britaniya adalarının qəlbidir. Ağların yenidən dirçəlməsinin ən yaxşı işarəsi bu işğalçını ortadan qaldırmaq olacaqdır”.

"ANGELA MERKELİ ÖLDÜR, ƏRDOĞANI ÖLDÜR, SADİQ XANI ÖLDÜR".

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA