Məşhədə gedən avtobus aşdı - ÖLƏNLƏR VAR

Məşhədə gedən avtobus aşdı - ÖLƏNLƏR VAR

İranın şərqində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 9 nəfər həlak olub, 36 nəfər xəsarət alıb.

Hadisə Cənubi Xorasan əyalətində baş verib. Qeyd olunur ki, avtobus Qaçsaran şəhərindən Məşhədə hərəkət edirmiş.

İnsident nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə ilə bağlı İran yol polisi araşdırmaya başlayıb.

Loading...

QALEREYA