Məşhur futbolçu baş məşqçi təyin olundu

  • 2019-06-17 17:41:14
  • |
  • İdman /

Məşhur futbolçu baş məşqçi təyin olundu

Futbol üzrə İsveç yığmasının əfsanəvi hücumçusu Henrik Larsson "Helsinqborq" klubuna baş məşqçi təyin olunub.

Hurriyyet.org sport24.az-a istinadən xəbər verir ki, bu barədə İsveç klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqavilə imzalayıblar.

Vaxtilə "Barselona", "Mançester Yunayted" və "Seltik" kimi klublarda da çıxış etmiş Larsson, "Helsinqborq"u 2015-2016-cı illər aralığında da çalışdırıb.

Sözügedən komanda cari mövsümdə 12 turdan sonra cəmi 10 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA