Məşhur “qanuni oğru” narkotikdən öldü

Məşhur “qanuni oğru” narkotikdən öldü

Cemonun oğru dünyasında aktivliyinin pik həddi 2011-2012-ci illərə təsadüf edib

Kriminal aləmdə Cemo Tbilisskiy kimi tanınan 43 yaşlı keçmiş “qanuni oğru” Cemal Mikeladze İtaliyada dünyasını dəyişib.

Sputnik Azərbaycana Rusiya mətbuatına istinadla xəbər verir ki, bu ilin yanvarında Cemonun böyük qardaşı Mamuka da Moskvada dünyasını dəyişmişdi.

Cemo Mikeladze tbilisili “qanuni oğru” Arsen və ya böyük Cemal Mikeladzenin kiçik oğludur. Atasının adı sayəsində, Mikeladze qardaşları bütün müddət ərzində Moskva “oğrularının” elitasına aid olublar və yaşlı nəsil Tbilisi “qanuni oğrularından” sabit dəstək alıblar.

Amma zaman keçdikcə, Cemo vaxtilə ona dəstək verənlər üçün "gecə kabusuna" dönüb. Cemonun oğru dünyasında aktivliyinin pik həddi 2011-2012-ci illərə təsadüf edib. Həmin dövrlərdə o Gela, Badri, Rövşən Lənkəranski kimi “oğrularla” eyni sırada idi.

Qanuni oğrular: Omari Şarikadze (Omar Tbilisskiy), Vladimir Ovanesyan (Vova Tbilisskiy), Tomaz Okropiridze (Tomik) və Cemal Mikeladze (Cemo)

Qanuni oğrular (soldan sağa): Omari Şarikadze (Omar Tbilisskiy), Vladimir Ovanesyan (Vova Tbilisskiy), Tomaz Okropiridze (Tomik) və Cemal Mikeladze (Cemo)

Məlumata görə, o ölümcül həddə kokain dozasından dünyasını dəyişib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA