Məşhur ticarət mərkəzinin keçmiş sahibi özünü asdı - BAKIDA İNTİHAR

Məşhur ticarət mərkəzinin keçmiş sahibi özünü asdı - BAKIDA İNTİHAR

Bakıda intihar hadisəsi baş verib.

Hurriyyet.org xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

  • Hamısı
  • Loading...