Messi 40-cı dəfə "El-Klasiko"da iştirak edəcək

  • 2019-02-27 18:57:20
  • |
  • İdman /

Messi 40-cı dəfə "El-Klasiko"da iştirak edəcək

İspaniya Kubokunun yarımfinal mərhələsində “Real Madrid”lə cavab matçı “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olacaq.

32 yaşlı argentinalı hücumçu karyerası ərzində 40-cı “El-Klasiko”suna çıxacaq. “Barselona” əzəli rəqibi ilə evdə keçirdiyi ilk oyunda heç-heçə edib.

Bu gün baş tutacaq cavab qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə “Qızıl top”a və eyni sayda “Qızıl buts"a layiq görülüb./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA