Messidən Keniyaya dəstək – 200 min avro bağışladı!

  • 2019-02-23 12:43:24
  • |
  • İdman /

Messidən Keniyaya dəstək – 200 min avro bağışladı!

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi, Keniyaya kömək üçün başladılan kampaniyaya dəstək olub.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, futbolçu UNİCEF-in Keniyada su və ərzaq tədarükü üçün başlatdığı kampaniyaya 200 min avro bağışlayaraq, dəstək olub.

Kampaniya nəticəsində, uşaqlar da daxil olmaqla, 2 mindən artıq insanın evində və məktəblərdə su problemi həll olunacaq.

Bundan başqa, layihə sayəsində 4 min insanın qida probleminin həll olunacağı bildirilir.

Keniyada hazırda 58 min insan su və qida azlığından əziyyət çəkir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA