Messinin yeni müqaviləsinin detalları açıqlandı

Messinin yeni müqaviləsinin detalları açıqlandı

“Barselona”nın ulduzu Lionel Messinin klubu ilə bağladığı yeni müqaviləsinin detalları açıqlanıb.

Hurriyyet.org xəbər verir ki, yeni müqaviləyə əsasən, argentinalı hücumçu vergilər də daxil olmaqla, illik 104 milyon avro qazanacaq.
O, müqaviləsinin müddəti başa çatana qədər Kataloniya klubunda qalsa, əlavə 70 milyon avro əldə edəcək.

Bundan başqa, komanda Çempionlar Liqasının qalibi olacağı təqdirdə, L.Messi 12 milyon avro ilə mükafatlandırılacaq. 30 yaşlı hücumçu mövsüm ərzində matçların ən azı 60 faizində oynasa, 1.9 milyon avro qazanacaq.

Qeyd edək ki, L.Messi "Barselona" ilə müqaviləsinin müddətini 2021-ci ilin iyununa qədər uzadıb.

Loading...

QALEREYA