Məsut Özil Ərdoğanı toyuna çağırdı

  • 2019-03-16 10:35:41
  • |
  • İdman /

Məsut Özil Ərdoğanı toyuna çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Arsenal"ın futbolçusu Məsut Özil və nişanlısı, Türkiyə gözəli Əminə Gülşəni qəbul edib.

Hurriyyet.org fanat.az-a istinadən xəbər verir ki, dövlət başçısı Atatürk hava limanında qəbul etdiyi cütlüklə bir müddət söhbət edib. Məsut-Əminə cütlüyü Ərdoğana toy dəvətnaməsi verib.

Qəbul vaxtı Yeni Zelandiyadakı terror hücumu və Türkiyənin gündəmi müzakirə edilib. Özil terror hücumunu qınayıb. Söhbətdən sonra Məsut və Gülşə Ərdoğanı toylarına dəvət ediblər və ona dəvətnamə veriblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA