Mətanət Misirxanovanın Ağdam məktəblərində qandonduran korrupsiyası - ARAŞDIRMA

Mətanət Misirxanovanın Ağdam məktəblərində qandonduran korrupsiyası - ARAŞDIRMA

Ağdam rayon Təhsil Şöbəsi müdiri Mətanət Misirxanovanın fəaliyyəti, məktəbləri nə günə salması, yan-yörəsindəki adamların qanunsuz əməlləri haqda nələr yazılmayıb. Xanım məmur hamısına susqunluq nümayiş etdirib.

Cahan.info-nun məlumatına görə, bu günlərdə jurnalist Etibar Toğrulun silsilə məqalələri bir çox mətələblərin üstünü açdı, Mətanət Misirxanovanın nə işlər gördüyünü üzə çıxardı.

E.Toğrul feysbuk hesabında yazıb ki, ondan silsilə məqaələləri dayandırmağa xahiş ediblər. Amma faktlar faktlığında qalır. Yəni, Ağdam məktəblərindəki bərbad vəziyyət, mənimsəmə davam edir.

Onun ictimaiyyətə təqdim etdiyi faktlar həddindən çoxdur və biz ixtisarla bəzilərini hazırlamışıq. Növbəti yazımızda Ağdam təhsilindən daha dəhşətli faktlar yayımlayacağıq.

Jurnalist araşdırmalarından məlum olur ki, Ağdam rayon Təhsil Şöbəsinin tabeçiliyində şagird kontingenti olmayan məktəblər var.

Sitat: “83 saylı İmamqulubəyli qəsəbəsində 3 Ağdam köçkün orta məktəbi olduğu halda əlavə 5 saylı köçkün orta məktəbi nəyə lazımdır?

6 saylı əsas köçkün məktəbin ərazisində yerli məktəb varkən, niyə bu köçkün şagirdləri yerli məktəbdə təhsil almasın?

8 saylı məktəb barəsində də eyni fikri demək olar. Bir neçə il bundan əvvəl Bakıda yerli şəhər məktəbinin 4-5 sinif otağından istifadə edən Ağdamın bir köçkün məktəbində keçirilən son zənginə dəvət almışdım. Yerli məktəb həyətdə təm taraqlı son zəngi qeyd edidilər.

Cəmi 5 nəfər buraxılışı olan Ağdam məktəbinin şagirdləri isə bir otaqda “əylənmək” məcburiyyətində qalmışdılar. Bir tort hazırlayıblar, üzərinə də "son zəng" sözü yazılmışdı.

Otağın qapısı açıq olduğu üçün dəhlizdən keçən yerli məktəbin məzunları köçkün məzunların tortun görüm lağ etdilər.

Ağdam təhsilində şagird çatışmazlığı ilə üz-üzə qalan və buna görə də maşınla uzaq ərazilərdən şagird gətirib güc-bəla ilə "məktəb"i saxlayan və bir ərazi vahidliyində 4 məktəbin cəmi 25 nəfər 11-ci sinifi olması və həmin 11-cilərə dərsin keçirilməməsi barədə yazmışdım.

Hətta bu məktəblər qanunsuz "fəaliyyətləri" nəticəsində dövlət büdcəsinə nə qədər vəsaiti göyə sovurmalarını da rəqəmlərlə qeyd etmişdim”.

E.Toğrul bildirib ki, 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin Ağdam rayonu üzrə baş mühasibi Valeh Kərimovun rəsmi məlumat verməsini bir başa vəzifə borcu olduğunu diqqətinə çatdırmışdı:

“Lakin hələki Valeh Kərimov susur. Bu da o deməkdi ki, mənim göstərdiyim rəqəmlər qəsdən mənimsənilir.

Ağdam rayon Əfətli kənd ərazi vahidliyində 4 tam orta məktəbim 11 -ci siniflərində ümumilikdə 25 şagird var.

Bu şagirdləri isə birləşdirib bir sinif etmək və bunun müqabilində ildə dövlət büdcəsinin 40 min manat vəsaitə qənaət etmək görünür səlahiyyət sahiblərinə sərf etmir.

Əfətli kənd Ərazi Vahidliyinin ərazisində yerləşən dörd orta məktəbdən Həsənxanlı kənd tam orta məktəb haqqında da yazmaq istərdim.

Əvvəla onu qeyd edim ki, bu məktəbin direktoru Sevinc Quliyeva üç dəfə direktorların işə qəbul imtahanında iştirak etsə də lakin tələb olunan balı toplaya bilməyib. Sual olunur, Sevinc Quliyeva ilə hörmətli təhsil nazirimizi hansı tellər bağlayır?

Sevinc Quliyevanı müdafiə edən gözə görünməz qüvvələr kimlərdi? Bəlkə Sevinc Quliyevanın ana tərəfinin düşmən millətdən olması ona kömək edir? Bunu da araşdırarıq.

Onu da qeyd edək ki, həmin məktəbin təsərrüfat müdiri hal hazırda Bakıda yaşadığı üçün onu atası əvəz edir. Bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin kobud sürətdə pozulması deməkdi.

Bundan başqa məktəbin 10 və 11 -ci sinif şagirdləri Bakıda yaşayaraq hazırlıq kurslarına gedirlər.

İndi isə keçək başqa bir məktəbə. Bərdə rayonundaki məcburu köçkünlər qəsəbəsindəki Ağdam rayon 1 saylı köçkün tam orta məktəbində 2018-ildə Təhsil Nazirliyinin Audit İdarəsi təftiş aparmışdı.

Təftişın nəticələri o qədər acınacaqlı oldu ki, həmin məktəbin ditektoru Çimnaz Kərimovanın dərhal vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edildi.

Uzun illərin təcrübəsini özündə birləşdirən Çimnaz Kərimova 2018-2019 cu tədris ili başlamazda əvvəl bir ay Bakıda oturaraq, Təhsil Nazirliyində özünə day-dayı taparaq və nə az, nə çox 13 min manat "tərlədikdən" sonra öz vəzifəsində qaldı.

Əfətli kənd tam orta məktəbinin dünyanın heç bir yerində görünməyən "uğurları"dan söz açacam. Beləki, Əfətli kənd tam orta məktəbinin 10-cü sinifinin dörd şagirdı, 11-ci sinifdə isə bir şagirdinin adı Əfətli məktəbınin jurnalında getsə də lakin həmin şagirdlər Bakı şəhərində yaşayırlar.

Bu da onu göstərir ki, Əfətli məktəbində tədrisin keyfiyyəti o qədər yüksəkdir ki, həmin şagirdlər hava nəqliyyatı ilə həftənin beş günü Bakıdan 365 km məsafədə yerləşən Əfətli məktəbinə gəlib-qayıdırlar. Əhsən belə tədrisə...

Yerinə düşmüşkən qeyd edim ki, Bərdə rayonunun ərazisində yerləşən Ağdam rayon 9 saylı tam orta məktəbının direktoruda bu yaxınlara kimi işə hava nəqilliyatı ilə gəlib gedirmiş.

Çünki xanım direktorun yaşadığı ərazi Sumqayıt, direktor kimi çalışdığı ərazi isə Bərdə rayonu olub. Direktordakı fədakarlığa bax ey....

Əfətli kənd orta məktəbin 10-cu sinifində xarici dil kimi ingilis dili "tədris edilir". Bu tədris o qədər gücdü olur ki, şagirdlər həmin müəllimə ayda 30 manat ödəməklə əlavə hazırlıq kursu da keçirlər.

Ayda 30 manat verib ingilis dili "öyrənən" şagirdlərin imtahanda göstərdikləri nəticə isə sıfır olub”.

Cahan.info E.Toğrula istinadən xəbər verir ki, Ağdam Təhsil Şöbəsinin nəzdində bir komissiya fəaliyyət göstərir: “Meto Kabinetin (təhsil işçilərinin dili ilə desək met kombnatın) müdiri Əhməd Rüstəmovun rəhbərlik etdiyi həmin komissiyanın işi 6 yaşının tamam olmasına bir neçə ay qaldıqda o uşaqları şifahi dünyagörünüşün yoxlayır və onların vaxtından əvvəl birinci sinifə yararlı olub-olmadığın müəyyənləşdirməlidir.

İndi gəlin görək bizim Əhməd əkə necə müəyyənləşdirir bu uşaqları? Həmin uşağın valideyini mütləq ən azı 50 manat xərcə düşməlidir.

Valideyin bir az xahiş-minnət etdikdə ki, tası bir az aşağı salsın, o halda Əhməd əkə öz ampulasında çıxış edərək deyir: Canın üçün bu 50 manatdan mənə heçnə çatmır. Bax beləcə ay kasıb 50 manatını ver, uşağın olsun vaxtından əvvəl məktəbli”.

Qeyd edək ki, M.Misirxanovanın bu günə qoyduğu təhsildən, məktəblərdən faktlar bitməyib. Onun və müavinin fəaliyyətinin, eləcə də başqa məktəblərdə baş verənlərin nədən ibarət olduğunu yaxın günlərdə işıqlandıracağıq.