Məxfi əməkdaşlığa cəlb edilənlərin kimliyi 75 il sonra AÇIQLANACAQ

Məxfi əməkdaşlığa cəlb edilənlərin kimliyi 75 il sonra AÇIQLANACAQ

Milli arxiv fondunun sənədlərindən istifadə qaydalarına dəyişiklik edilir.

Hurriyyet.org-un modern.az-a istinadən məlumatına görə, bununla bağlı "Milli arxiv fondu haqqında" qanunun 16-cı maddəsinə (Milli arxiv fondunun sənədlərindən istifadə qaydaları) dəyişiklik təklif olunur.

Belə ki, dəyişikliklə 16-cı maddənin III hissəsi aşağıdakı kimi yeni redaksiyada verilir:

“Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər”.

Sənədin hazırkı variantı isə belədir: “Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, onların yaranmasından 30 il sonra icazə verilir. Bu müddət müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər”.

Qanuna dəyişikliklər Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında müzakirə ediləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA