Məxfi Qarabağ DANIŞIQLARI, 30 il öncəki TARİXİ FAKT… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Məxfi Qarabağ DANIŞIQLARI, 30 il öncəki TARİXİ FAKT… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib. Belçikanın paytaxtı Brüsseldə təşkil edilən NATO üzvlərinin müdafiə nazirləri toplantısı Suriyada yeni prosesin yol xəritəsi üçün dönüş nöqtəsi ola bilər. ABŞ 1980-cı illərin ortalarından etibarən Mərkəzi Asiya respublikalarının yerində “İslam xilafəti” yaratmağı planlaşdırır. Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir. ABŞ humanitar böhran bəhanəsi ilə müdaxilənin gizli planı çərçivəsində Venesuelaya daha yaxın ərazilərə xüsusi təyinatlı dəstələr göndərib.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın taleyi haqqında gizli danışıqlar başlandı. Bu barədə Rusiyanın “lenta.ru” saytı yazıb.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib. A.Qriqoryan Xankəndidə qondarma rejimin “rəhbər”i Bako Saakyanla görüşüb.

Görüşdə əsas müzakirə mövzusunun təhlükəsizlik məsələləri olduğu deyilir.

"Mənim üçün münaqişənin sülh yolu ilə həllindən başqa bir yol yoxdur”.Bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.

Almaniyanın Heydelberq Universitetinin tələbələri qarşısında çıxış edən Sarkisyan onlarla Qarabağ münaqişəsinin həllinə dair öz fikirlərini bölüşüb.

Bu günə qədər Afrində, “Fərat Qalxanı” bölgəsində terrorçuları necə təmizlədiksə, bundan sonra da sərhədimizdən o tərəfdəki YPG, PKK terrorçularını təmizləyəcəyik. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Bunun heç bir alternativ yoxdur”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı deyib.

Belçikanın paytaxtı Brüsseldə təşkil edilən NATO üzvlərinin müdafiə nazirləri toplantısı Suriyada yeni prosesin yol xəritəsi üçün dönüş nöqtəsi ola bilər. Toplantıda müzakirə edilən ən əhəmiyyətli məsələlərdən biri ABŞ-ın təklif etdiyi “təhlükəsiz bölgə” məsələsi olub.

Rusiya, İran və Türkiyənin liderlərinin Soçi görüşünün nəticələrinə əsasən, aydın olur ki, Moskva Suriyada öz mövqelərinin möhkəmləndirilməsi üzrə xəttini davam etdirəcək. Əgər iqtisadi nöqteyi-nəzərindən problemə baxsaq, Rusiya çətin ki, münaqişənin həllində iştirakdan dividentlər alacaq. Rusiya Bəşər Əsədin dəstəyi üçün hərbi və maliyyə resurslarını xərcləməyə davam edir. ABŞ-ın mövqeyindən görünür ki, onun Suriyadan gedişi aktiv bombardmanlarla və İŞİD terrorçuları ilə ticarətlə müşayiət olunur.

Bu haqda Böyük Britaniyada mənzillənən İnsan hüquqlarının monitorinqi üzrə Suriya Mərkəzinin (SOHR) ABŞ və İŞİD-in qızıl ticarəti haqqında xəbərini şərh edən Rusiyanın “Nezavisimaya Gazeta” nəşri yazıb.

ABŞ 1980-cı illərin ortalarından etibarən Mərkəzi Asiya respublikalarının yerində “İslam xilafəti” yaratmağı planlaşdırır. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya FTX-nin və SSRİ DTX-nin ehtiyatda olan general-mayoru Boris Sokolov deyib.

“1985-ci ildə biz Əfqanıstanda tranzit nöqtələrdən birini ələ keçirdik və burada xəritə aşkarladıq. Bu xəritədə gələcək “islam xilafəti”nin xəritəsi çəkilmişdi. Paytaxtı Fərqanə və Səmərqənd olan xilafət Mərkəzi Asiya respublikalarının ərazisində yerləşdirilmişdi. Yəni amerikalılar radikal islamın yayımı planını həmin tarixdən işləyib hazırlamışdılar”, – deyə o bildirib.

Fevralın 14-də Polşada və Rusiyada – Varşava və Soçidə Yaxın Şərq üzrə konfranslar paralel keçirildi. Onların iştirakçıları qeyri-stabil regionda əks geosiyasi blokların təmsilçiləridirlər. Bu haqda “İndependent” nəşrində politoloq, Lodzinq universitetinin müəllimi, Yaxın Şərq üzrə mütəxəssis Robert Çulda bildirib.

Dünyada tamamilə müstəqil dövlət mövcud deyil. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Müasir dünya qarşılıqlı asılılıq dünyasıdır”, - Putin qeyd edib.

Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir. Bu barədə Almaniyanın “Bild” nəşri diplomatik mənbələrə istinadən bildirib.

“Bu gün Almaniyada təhlükəsizlik üzrə 55-ci Münhen konfransı başlayır. Siyasətçilər və ekspertlər müharibələri, münaqişələri və təhdidləri müzakirə edirlər. Bu il həmçinin qızğın müzakirə mövzusu Ukrayna ilə bağlı arası kəsilməyən təcavüzkar davranışına görə Rusiyaya qarşı yeni sanksiyaların qəbul olunmasıdır”, - “Bild” yazıb.

İki Avropa diplomatının sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiyaya təzyiqin gücləndirilməsi məsələsində həmfikirdirlər. İlk növbədə, noyabrda Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanmış 24 Ukrayna dənizçisinin azad edilməsindən söhbət gedir.

Diplomatlardan biri vurğulayıb ki, Rusiyaya qarşı yeni sanksiyalar bir neçə həftə ərzində elan ediləcək.

SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasını mütəşəkkil və minimal itkilərlə keçirməyə bütün tərəflərlə, həmçinin ABŞ, İran və Pakistanla danışıqlar kömək etdi. Bunu SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyi ilə bağlı “RİA-Novosti” agentliyinə danışan keçmiş sovet lideri Mixail Qorbaçov deyib.

Qeyd edək ki, 1979-cu ildə Əfqanıstana qoşun yeridən Sovet İttifaqı 1989-cu il fevralın 15-də Əfqanıstandan öz hərbi kontingentinin çıxarılmasını başa çatdırıb. Bu hadisə isə əfqan müharibəsinə son qoyulub.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Xuan Quaidonu Venesuela prezidenti kimi tanımayanları təhdid edib. Bolton fikirlərini Tvitterdəki səhifəsində paylaşıb.

“Maduro ilə birgə Venesuelanın demokratik institutlarını dağıtmaq üçün sui-qəsd hazırlayanlar əvvəlki ağır nəticələrlə üz-üzə qalacaqlar”, – deyə o bildirib.

Venesuela Xarici İşlər naziri Xorxe Arreas yanvar və fevral aylarında ABŞ Dövlət Departamentinin Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsla iki dəfə gizli şəkildə görüşüb. Bunu “Assoşeyted Press” agentliyinə müsahibəsində Venesuela Prezidenti Nikolas Maduro deyib. Onun sözlərinə görə, görüş yanvarın 26-sı və fevralın 11-də Nyu Yorkda baş tutub.

Maduro görüşün bir neçə saat davam etdiyini deyib. Görüşlərdə özəlliklə Venesuela siyasi böhranı və Maduronun prezident postundan istefası məsələsi müzakirə edilib.

ABŞ humanitar böhran bəhanəsi ilə müdaxilənin gizli planı çərçivəsində Venesuelaya daha yaxın ərazilərə xüsusi təyinatlı dəstələr göndərib. Bu haqda Kuba hökumətinin məlumatında deyilir.

Britaniya Parlamentinin İcmalar Palatası, hökumətin ölkənin Avropa Birliyindən (AB) çıxmasına dair şərtlər haqqında təklif etdiyi yeni texniki sənədi qəbul etməyib. 258 deputat sənədin lehinə, 303-ü isə əleyhinə səs verib.

Yanvar ayında Britaniya Parlamenti Baş nazir Tereza Mey tərəfindən təklif edilən AB ilə "Brexit" müqaviləsini rədd edib, 29 yanvarda isə Avropa Birliyi ilə əsas məsələ - İrlandiya sərhədi problemi mövzusunda müzakirələrin davam etdirilməsinə icazə verən "Brexit" ilə bağlı texniki sənədə dəyişiklikləri təsdiqləyib.\\Publika

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA