Meyvə şirələri yeməkdən 30-40 dəqiqə əvvəl İÇMƏLİDİR

Meyvə şirələri yeməkdən 30-40 dəqiqə əvvəl İÇMƏLİDİR

Meyvə şirələrinin tərkibində olan vitaminlər, mineral duzlar, mikroelementlər və digər qida komponentləri insan orqanizmi üçün faydalıdır. Meyvə şirələri düzgün qəbul edilməyəndə isə orqanizmə heç bir fayda vermir.

Bu barədə diyetoloq Ləman Süleymanova açıqlama verib.

Onun sözlərinə görə, meyvə şirələri çəkiləndən sonra uzun müddət saxlanılmamalıdır:

"Təzə çəkilmiş şirə həmin müddətdən artıq qalanda tərkibindəki bioloji maddələr dağılır. Həmin şirələri yeməkdən ən azı 30-40 dəqiqə əvvəl içmək daha faydalıdır, çünki bu zaman orqanizm onu daha tez sorur və biokimyəvi proseslər asan gedir. Yeməkdən dərhal sonra şirə içmək, xüsusilə meyvə şirəsi qəbul etmək məsləhət görülmür. Qəbul edilmiş qidanın meyvə şirəsi ilə qarışması bağırsaqlarda köp yaranmasına səbəb olur”.


O, daha sonra deyib: "Alma şirələrinin tərkibində olan pektin maddəsi orqanizmdə şlakların, yəni yoğun bağırsaqda toplanan həzm olunmamış qida qalıqlarının parçalanmasına kömək edir. Ona görə də fitneslə məşğul olanların və ya çəki problemi ilə üzləşənlərin alma şirəsi qəbul etməsi məsləhətdir”.

Çəyirdəkli meyvələrin - ərik, zoğal, gavalı, şaftalı meyvələrinin şirəsini digər şirələrlə qarışdırmaq məsləhət görülmür. Diyetoloqun fikrincə, təbii meyvə şirələri ilə yanaşı qablaşdırılmış şirələrdən də istifadə edərkən diqqət yetirilməli bir sıra məqamlar var: "Qablaşdırılmış meyvə şirələri bir sıra texniki emal prosesləri keçdikdən sonra müəyyən banka, butulka və ya qablara yığılır. Daha yaxşısı təktərkibli meyvə şirələrinin qəbul edilməsidir”.

Tumlu meyvələrin – alma, armud və üzüm meyvələrinin şirəsini isə digər şirələrlə qarışdırmaq olar. \\Azərtac

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA