Meyxanaçının ayağı tutuldu - Müalicəyə pulu yoxdur

Meyxanaçının ayağı tutuldu - Müalicəyə pulu yoxdur

İnsult olan meyxanaçı Ağakərimin maddi vəziyyəti pisdir.

Hurriyyet.org axşam.az-a istinadən xəbər verir ki bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib. O bildirib ki, son günlər sənətçinin səhhəti daha da pisləşib. Ailə maddi imkansızlıqdan meyxanaçını müalicə etdirə bilmir. Tolik ailənin hətta bankdan kredit götürdüyünü, sıxıntı içində olduğunu açıqlayıb.

Meyxanaçının oğlu Kərim efirə zəng edərək atasının pula görə xəstəxanada müalicə ala bilmədiyini bildirib:

"1 aydır vəziyyəti pisləşib, 2 həftədir ayağı tutulub. 6 gün xəstəxanada qaldı, amma pulumuz çatmadı deyə evə gətirdik. Həkimlər deyir ki, xəstəxanada müalicəsi yaxşı gedər. Xəstəxanada qalsa 2 aya düzələcək. Evdə o qədər də düzgün müalicə aparılmır".

"25 min manat müalicəsinə pul lazımdır" deyə, Tolik söyləyib. Prodüser meyxanaçı üçün maddı dəstək istəyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA