MƏHKƏMƏ 27 DƏFƏ XEYRİNƏ QƏRAR ÇIXARDI, AMMA...

MƏHKƏMƏ 27 DƏFƏ XEYRİNƏ QƏRAR ÇIXARDI, AMMA...

80 yaşlı Mahmud Qasımov 2 illik əmək haqqını ala bilmir

“Mənə bu ahıl yaşımda niyə belə zülm eləyirlər?”

“Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səslənirəm...”

“19 ildir mübarizə aparıram. 80 yaşlı ağsaqqal adamam, məni məhkəmə qapılarında qoyublar. İndiyədək bu məsələ ilə bağlı 27 proses keçirilib, hər birində də mənim haqlı olduğum sübut olunub. Amma nə olsun, nəticə yoxdur. Məhkəmənin qərarına əməl olunmur. Haqqımı almaq üçün hara getməliyəm, kimə ağız açmalıyam ki, əlimin zəhmətiylə qazandığım halal pulunu ala bilim? Mənə bu ahıl yaşımda niyə belə zülm eləyirlər? Niyə mən bu qədər əziyyət çəkməliyəm?”

Bu sözləri əli hər yerdən üzülüb, ümidi kəsilən 80 yaşlı şikayətçi Mahmud Qasımov deyir. Himayəsində 1-ci qrup xəstə övladı olan ağsaqqal uzun illər çalışdığı iş yerindən əmək haqqını ala bilmədiyi üçün nə az, nə çox 20 ilə yaxındır ki, israrla çaba göstərir. Bütün cəhdlərinə, haqlı olmasına rəğmən, 2 illik maaşını ala bilmir: “Bilmirəm Allah mənə nə qədər ömür yazıb, amma mən məmurların insafsızlığı, mərhəmətsizliyi üzündən deyəsən, ömrümün qalan hissəsini stress, gərginlik içində keçirəcəm. Zatən 19 ildir belə yaşayıram. Ürəyimdə çat əmələ gəlib, təzyiq tapmışam. Səhhətim, sağlamlığım tamamilə sıradan çıxıb”.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi bina 5, mənzil 139-da kirayədə yaşayan Qasımov Mahmud Əlibəy oğlu 04.071978-ci ildən 11.01.1999-cu il tarixə qədər İmişli rayon kənd İdarəsində, sonralarsa Aqrar Sənaye Kombinatında dövlət texniki və baş dövlət texniki nəzarət müfəttişi işləyib. Amma o, son iki il çalışmasına baxmayaraq, əmək haqqını ala bilməyib: “Mənə bəlli olmayan səbələrdən son 2 ildə əmək haqqım ödənilmədi. Mən də məsələ ilə bağlı rayon rəhbərliyinə, məhkəmələrə müraciət etdim, amma şikayətlərimə məhəl qoyulmadı. Məcbur qalıb Respublika Kənd Təsərrüfatı Nazirliyini məhkəməyə verdim. İşə Səbail rayon məhkəməsində baxılırdı.Hakim Ziya Əliyev 07.01.1997-ci ildən 14.08.1998-ci il tarixədək olan əmək haqqımın minimum ödəməli olduğu haqda qərar çıxardı. Mən də bu qərarla razılaşmadım və onun qeyri-obyektiv olduğunu bildirərək məvacibimin 2 illik deyil, bir illik qeyd olunduğuna görə kassasiya şikayəti verdim. Hakim Ziya Əliyevdən fərqli olaraq, milliyyətcə rus olan Bakı Şəhər Məhkəməsinin hakimi Tatyana Jidkova 27.01.2000-ci tarixdə qərar çıxardı ki, mən həqiqətən də 1999-cu ilədək bu idarədə çalışmışam. Üstəlik, gündəlik davamiyyət haqda tabel kitabına imza da atmışam. Rayon rəhbərliyi və KTN-nin tapşırıqlarına layiqincə əməl etmişəm, onlar tərəfindən nəinki töhmət almaq, heç haqqımda şikayət belə olmayıb. 1997-1998-ci illərdə rayonda olan bütöv kolxozlarda, təşkilatlarda, müəssisələrdə olan traktor və texnikalara illik baxış aparıb nazirliyə illik hesabat da təqdim eləmişəm. Amma onlar mənim bu zəhmətimin heç birini nəzərə almadılar”.

Şikayətçi deyir ki, uzun mücadilədən sonra 05.09.2006-cı ildə ona illik əmək haqqı köhnə pulla 2800810, yeni Azərbaycan manatı ilə 562 manat məbləğində vəsait ödənilib. Məhkəmədə isə bu məsələ yanlış şəkildə sənədləşdirilib: “Mən Kənd Təsərrüfatı Nazirliyindəki sənədə imza atıb 562 AZN aldım. Amma KTN isə sənəd təqdim edərək məhkəməyə yanlış məlumat verib. Bildirib ki, həmkarım İbrahim Lyadişkinə və mənə ödəniləcək məbləğ ümumilikdə 2060 AZN təşkil edirdi. Bu məbləğin 562 AZN mənim, yerdə qalanı isə digər iki nəfərin əmək haqqı idi. Nazirliyin verdiyi yanlış sənədə görə, Səbail rayon məhkəməsinin hakimi Arab Hüseynov 06.02.2008-ci il tarixdə çıxardığı qərarda qeyd elədi ki, guya 2060 AZN təkcə mənə ödənib. Halbuki, mən o məbləğin yalnız 562 manatını almışam. Təbii ki, mən məsələ ilə bağlı etiraz elədim. Amma etirazlarımın heç bir nəticəsi olmadı. Anlamıram ki, hüquq-mühafizə orqanları niyə bu məsələyə göz yumurlar? Əgər bu məsələdə mən günahkaramsa, razıyam, qoy haqqımda tədbir görsünlər. Araşdırsınlar, əgər KTN və digər hüquq-mühafizə orqanlarındakı məmurlar suçludursa, qoy onlar qanun qarşısında cavab versin”.

Mahmud Qasımov qeyd edir ki, Prezident Aparatına, Nazirlr Kabinetinə, Milli Məclisə, Konstitusiya Məhkəməsinə, Ədliyyə nazirliyinə, Respublika Baş Prokurorluğuna, Ali Məhkəməyə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinə, qeyri-hökumət təşkilatlarına, çoxsaylı müraciətlər edib. Amma müraciətlərinin heç bir nəticəsi olmayıb. Daha doğrusu, son proseslərdə onun haqlı olduğu, əmək haqqının ödənilməli olduğu sübut olunsa da, məsələnin icrasına nail ola bilməyib: “12.03.2018-ci il Səbail rayon məhkəməsinin hakimi Elmar Rəhimovun qərarından sonra məsələ icraata göndərildi. Amma Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovsa bu məbləği ödəməkdən imtina edir. Deyir ki, bizim borcumuz yoxdur. Mənim 1997-ci ildəi aylıq əmək haqqım 250 min manat olub. İki il üçün bu məbləğ 6 milyon 83 min manatdır . O məbləğdənsə mənə 2 milyon 80010 manat ödənilib. Bəs pulun qalanı necə oldu, niyə ödənilmədi? Mən haqlı olduğumu sübut etmək üçün neyləməliyəm? Daha hansı orqana, hansı instansiyaya müraciət etməliyəm ki, haqqımı ala bilim?”

Dövlət orqanlarının məsələyə laqeyd reaksiyasından narazı olan şikayətçi nicatı ölkə prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətdə görür: “Daha heç bir orqanın fəaliyyətinə inamım qalmayıb. Bu səbəbdən ölkə prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səslənirəm. Bu məsələyə onların müdaxilə etməsini istəyirəm. Hər bir kəs kimliyindən və vəzifəsindən asılı olmayaraq qanun qarşısında eynidir. Əgər elədirsə, Kənd Təsərrüfatı Nazirliyi də mənim əmək haqqımı ödəməlidir. Əgər ödəmirsə, onlar haqda da tədbir görülməlidir. Nəyə görə məhkəmə qərarı ola-ola iş icraata yetirilmir? Kənd Təsərrüfatı Nazirliyinə qarşı məcburi icra tətbiq edilmir? Mənim günahım nədir ki, məmurların səhlənkarlığı və məsuliyyətsizliyi üzündən hüquqlarım tapdanır? Sağlamlığım sıradan çıxır? Cənab prezident, bu məsələyə müdaxilə etmənizi və 80 yaşlı ağsaqqal vətəndaşınızın haqqlarının bərpasına yardım etmənizi istəyirəm”.

Mahmud Qasımovun bu günədək keçdiyi məhkəmə proseslərinin siyahısı:

07.01.2000-ci il Səbail rayon məhkəməsinin hakimi Ziya Əliyevin qərardadı;

27.01.2000-ci il Bakı şəhər məhkəməsinin hakimi Ttyana Jidkovanın qərardadı;

14.08.2006-cı il Səabil rayon məhkəməsinin hakimi İlham Ağayevin qərardadı;

14.11.2007-ci il Səbail rayon məhkəməsinin hakimi Araz Hüseynovun qərardadı;

08.05.2007-ci il Səbail rayon məhkəməsinin hakimi İlham Ağayevin qərardadı;

28.11.2017-ci il Səbail rayon məhkəməsinin hakimi Araz Hüseynovun qərarı;

29.06.2007-ci il Səbail rayon məhkəməsinin hakimi Yusif Kərimovun qərarı;

01.09.2007-ci il Səbail rayon məhkəməsinin hakimi Ülvi Mayılovun qərarı;

06.02.2008-ci il Səbail rayon məhkəməsinin hakimi Araz Hüseynovun qərarı;

08.06.2010-cu il Bakı Appelyasiya məhkəməsinin hakimi Əflatun Qasımovun qərarı;

11. 30.06.2010-u il Ali Məhkəmənin hakimi Ələsgər Əliyevin ərarı;

27.12.2010-cu il Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədovun qərarı;

24.06.2010-cu il Bakı Appelyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun qərarı;

27.01.2010-cu il Səbail məhkəməsinin hakimi Nurəddin Bağırovun qərarı;

14.06.2016-cı il Səbail rayon məhkəməsinin hakimi Zaur Əliyevin qərarı;

25.10.2016-cı Bakı Appelyasiya Məhkəməsinin hakimi İlham Əsədovun qərarı;

24.02.2016-cı il Bakı Appelyasiya məhkəməsinin hakimi Saqi Məmmədovun qərarı;

26.02.2016-cı il Səbail rayon məhkəməsinin hakimi Nurəddin Bağırovun qərarı;

30.05.2016-cı il 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədovanın qərarı;

24. 02.2017-ci il Səbail rayon məhkəməsinin hakimi Elmar Rəhimovun qərarı;

03.05.2017-ci il Səbail rayon Məhkəməsinin qərarı;

02.05.2017-ci il Bakı Appelyasiya Məhkəməsinin hakimi Saqi Məmmədovun qərarı;

30.06.2017-ci il Bakı Appelyasiya məhkəməsinin hakimi Toğrul Əliyevin qərarı;

16.11.2017-ci il Bakı Appelyasiya məhkəməsinin hakimi Əli Rüstəmovun qərarı;

06.12.2017-ci il Bakı Appelyasiya məhkəməsinin hakimi İlqar Xələfovun qərarı;

12.03.2018-ci il Səbail rayon məhkəməsinin hakimi Elmar Rəhimovun qərarı

12.03.2018-ci il Bakı Appelyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun qərarı.

Nigar, Hurriyyet.org

Redaksiyadan: Mövzunu davam etdirəcəyik.

Loading...

QALEREYA