MƏHKƏMƏ İSLAHATLARI MÜSBƏT NƏTİCƏ VERƏCƏK?

MƏHKƏMƏ İSLAHATLARI MÜSBƏT NƏTİCƏ VERƏCƏK?

Namizəd Səfərov: “Məhkəmə-hüquq sistemində korrupsiya və rüşvətxorluq baş alıb gedir”

Ötən ay prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzaladı. Amma həmin fərmandan irəli gələn müddəaların bu sahədə şəffaflığı təmin etməsinə hələ də cəmiyyətdə inam azdır. Əslində, məhkəmə-hüquq sistemində olan nöqsanların aradan qaldırılması vacibdir ki, bu sistemdə şəffalıq təmin olunsun və insanlarımız ölkədə ədalətli məhkəmə sisteminin mövcudlğuna inansın. Bu inam həm də hökumətlə vətəndaş arasında etimadı artırar ki, bir xalq, dövlət olaraq ancaq bundan faydalana bilərik.

“Rayon məhkəmələrindən tutmuş Ali Məhkəməyə kimi bütün məhkəmə sistemi böyük korrupsiya içərisindədir”

Картинки по запросу Namizəd Səfərov

Məhkəmə-hüquq sistemində aparılan islahatlarla bağlı fikirlərini “Hürriyyət”lə bölüşən hüquqşünas Namizəd Səfərov dedi ki, o, ölkədə hər hansı bir islahat, o cümlədən də məhkəmə-hüquq islahatı aparıldığının şahidi olmur: “Deyilənlərin hamısı boş, mənasız sözlərdir ki, cəmiyyətə yönəldilib. Məhkəmə-hüquq islahatlar aparılması o deməkdir ki, bu sistemin kökündən dəyişilməsi həyata keçirilməlidir. Bir neçə hakimin işdən çıxarılması, yaxud Seyidovun təqaüdə göndərilməsi məhkəmə-hüquq islahatı kimi qələmə vermək sadəcə olaraq gülüncdür. Hamımız yaxşı bilirik ki, bu gün cəmiyyətimizdə ən böyük problemlərdən biri məhkəmə-hüquq sistemindəki baş verən eybərcərliklərdir, qanunsuzluqlardır. Bunların qarşısını almaq lazımdır. Məhkəmə-hüquq sistemində korrupsiya və rüşvətxorluq baş alıb gedir. Bu gün Azərbaycanda bir nəfər də vətəndaş inanmır ki, məhkəmədə hansısa işi qanuni həll etmək olar, yəni pul, rüşvət vermədən hər hansı bir işin ədalətli həllinə nail olmaq olar. Azərbaycanda kimdən soruşsanız bunu təsdiq edəcək. Bu gün bu məsələni kökündən dəyişmək, insanları inandırmaq lazımdır ki, doğurdan da məhkəmələr hüquq əsasında fəaliyyət göstərirlər, rüşvət əsasında yox. Rayon məhkəmələrindən tutmuş Ali Məhkəməyə kimi bütün məhkəmə sistemi böyük korrupsiya içərisindədir. İlk növbədə, bunun qarşısını almaq lazımdır. Əslində, bunun qarşısını almağın özü islahat hesab olunmur. İslahat tamamilə sistemin kökündən dəyişilməsi, yeniliklər tətbiq olunmasıdır., Bu gün hakimlər, müstəntiqlər, polis əməkdaşlarının və sıravi vətəndaşların maaşına, pensiyalarına baxın və müqayisə edin. Onların maaşı, pensiyaları sıravi vətəndaşların, həkimin, müəllimin, mühəndisin əməkhaqqından 10-15 dəfə yüksəkdir. Gündə bunların əməkhaqqı artırmaqla, bu vəziyyətə yenilik gətirmək mümkün deyil”.

“50 il bundan qabaq Vəkillər Kollegiyasının hüquq bürölarının nə qədər sahəsi var idisə, bu gün 1 kvadratmetr də artırılmayıb”

N. Səfərov Vəkillər Kollegiyasının fəaliyyətindən də narazılığını bildirdi: “Vəkillər Kollegiyası da məhkəmə-hüquq sisteminin tərkib hissəsidir. Azərbaycanda demək olar ki, bütün polis şöbələrinin, bölmələrinin, rayon prokurorluqlarının, Respulika Prokurorluğunun bütün şöbələrlərinin yeni binaları tikilib. Onların hamısına daha geniş, yaxşı maddi-texniki baza ilə təchiz olunmuş binalar tikilib. O cümlədən də demək olar ki, bütün məhkəmələr yeni binalara köçürülüb. Onların boş qalmış binalarının bu gün Vəkillər Kollegiyasına verilməsi niyə təmin edilmir? Bilirsiniz ki, prokurorluq ittiham irəli sürür, vəkillər isə ölkə əhalisinin müdafiəsi ilə məşğuldurlar. Baxın, bu gün ölkədə Vəlkillər Kollegiysının üzvləri 1500-ə qaldırılıb. Bu, yaxşı haldır və bu artımla gedir, lakin Vəkillər Kollegiyasının üzvlərinin sayının kütləvi surətdə artırılması onun kefiyyətinin artırılması demək deyil. Ona görə ki, gənc, təcrübəsiz vəkillərdir. İndiyə kimi cəmi 500 vəkil var idi, indi isə birdən-birə onların sayını 1500-ə qaldırıblar, amma bunların hamısı gənc, əvvəllər vəkil işləməmiş şəxslərdir. Onlar hüquq müdafiəsini həyata keçirməkdə çətinlik çəkəcəklər, onların təcrübəsi, bilikləri yoxdur. Heç olmasa prokurorluğun ittiham irəli sürdüyü vətəndaşı müdafiə etməsi üçün onların vəziyyətini yaxşılaşdırın. Baxın, ölkənin 1, 2, 4, 12 saylı vəkil məsləhətxanaları şəhərin mərkəzində yerləşir. Bu məsləhətxanalarda vəkillərin oturduqları yer cəmi 50 kvadratdır, amma 50 nəfərdən artıq adam burada oturur, guya ki, vətəndaşlara hüquqi yardım göstərirlər. Görün, bu, mümkündürmü? Ona görə, deyirəm ki, ən azı məhkəmə-hüquq islahatlarından danışırsınızsa, yeni binalara köçürülən rayon məhkəmələrinin boş binalarını o vəkillərə versinlər, o vəkillər də normal şəraitdə vətəndaşlara hüquqi yardım həyata keçirsinlər. 50 il bundan qabaq Vəkillər Kollegiyasının hüquq bürölarının nə qədər sahəsi var idisə, bu gün 1 kvadratmetr də artırılmayıb. Bəs, necə olur ki, məhkəmələrə, prokurorluqlara, polis orqanlarına yeni binalar tikirsiniz? Bakının rayonları var idi ki, bir polis idarəsində cəmi 50 nəfər işləyirdi, bu gün 10 dənə bölməsini yaradıb, hərəsində 50 nəfər yeni polis işləyir. Yəni polislərin sayı, hakimiyyətin dayaqları artırılır, vəkillərin sayı, onların kefiyyəti isə artırılmır. Bütün bunları aradan qaldırmaq lazımdır. Bunlar xüsusilə məhkəmə-hüquq sisteminin islahatları hesab oluna bilərdi. Rüşvətxorluğun, korrupsiyanın qarşısını almaq lazımdır. Təəssüf ki, mən şəxsən məhkəmə-hüquq islahatlarının aparılmasının şahidi deyiləm”.

“Əgər 600 hakimdən 6 nəfərini işində yol verdiyi nöqsanlara görə işdən çıxarırlarsa, bu islahat hesab oluna bilməz”

N.Səfərov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidovun bir neçə gün əvvəl hakimlik fəaliyyətindən uzaqlaşdırılmasına da münasibət bildirdi: “Ənvər Seyidovun yaşı çatmışdı, özü də bir az xəstə idi, cərrahiyyə əməliyyatlarına məruz qalmışdı. Ölkədə hamının tanıdığı “akula” hakimlər var ki, gecə-gündüz rüşvət almaqla məşğuldurlar. Onları tutusunları, təqaüdə göndərsinlər. Ənvər Seyidov uzun müddət hakim işləyib. Bü gün o, heç iş də götürmürdü, səhhəti ona imkan vermirdi. İşdən azad olan hakimlərin, eləcə də Ənvər Seyidovun təqaüdə göndərilməsinin məhkəmə-hüquq sistemindəki islahatlarla bağlanılması gülüncdür. Həmişə belə hallar olub. İndi hakimlərin sayı 600-ə qaldırılıb. Əgər 600 hakimdən 6 nəfərini işində yol verdiyi nöqsanlara görə işdən çıxarırlarsa, o nöqsanları da ört-basdır edirlərsə, bu islahat hesab oluna bilməz, islahat tamamilə başqa şeydir. İslahat sistemin, qanunvericiliyin kökündən dəyişməsi olmalıdır. Həm məhkəmə, həm hüquqi müdafiə ilə bağlı mütərəqqi qanun normaları tətbiq olunmalıdır. Nümayəndəliyin hüququn ləğv olunması məhkəmə-hüquq sistemində bunların ən gözəl bariz “nümunəsi”dir. 700 nəfərə ali təhsilli hüquqşünas insanlara hüquqi yardım göstərirdi. Bu institutun ləğv olunması ilə 700 nəfər şəxs vətəndaşların müdafiəsindən kənarada qoyulub. Bunların “islahatları” budur”,-deyə hüquqşünas istehza ilə qeyd etdi

“Bu islahat adı ilə təqdim olunanlar məhkəmə-hüquq sistemində heç bir dəyişikliyə səbəb olmayacaq”

N. Səfərov vurğuladı ki, hakimiyyət islahat adı ilə cəmiyyəti, Avropa sistemlərini aldatmaqla məşğuldur: “Guya, məhkəmə-hüquq sistemində islahatlar aparılır, amma heç bir islahat zad yoxdur, yalan söhbətdir. Bu, sadəcə olaraq camaatın gözünə kül üfürməkdir, imitasiya yaratmaq üçün edirlər. Ölkənin hər hansı bir sahəsində mən islahat aparıldığının şahidi deyiləm, görümürəm. Bu islahat adı ilə təqdim olunanlar məhkəmə-hüquq sistemində heç bir dəyişikliyə səbəb olmayacaq. Mən heç bir yenilik gözləmirəm, mümkün deyil. Sistemin özü islahata məruz qoyulmalıdır. Mən bütün problemlərin hamısını hakimiyyətin mahiyyəti ilə bağlayıram. Yəni hakimiyyət bunda maraqlı deyil. Doğurdan da birinci siyasi iradə lazımdır ki, ölkədə hər hansı sahədə yeniliklər aparılmasına göstəriş verilsin. Ölkədə sistemin özü, yəni mövcud rejim dəyişilməlidir. Hər hansı bir sahədə, o cümlədən hüquq-məhkəmə sistemində islahatlar və yaxud bir naziri çıxarıb, başqasını qoymaq, icra başçılarının yerlərini dəyişmək bunlar islahatdır? Bunların hamısı korrupsiyanın təzahürudur”.

“Ölkədə vətəndaş cəmiyyəti mövcud deyil”

N. Səfərov onu da əlavə etdi ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti ləğv olunub: “Dünən Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri, huquq təşkilatları var idi, onlar hamısı ləğv olunub. Onlar bu məsələləri qaldırmalı idilər. Onlar da dağılıb, ölkədə vətəndaş cəmiyyəti mövcud deyil. Seçki hüququ, sərbəst toplaşma hüququ, söz, mətbuat azadlığı yoxdur. Müstəqil media qurumlarının hamısı bağlanıb, indi də müstəqil saytları bağlayırlar, hücuma keçiblər. Siyasi partiyaların fəaliyyətinə imkan verilmir. Bunların hamısını aradan qaldırmaq lazımdır”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA