“Ümidvarıq ki, Azərbaycan Pakistana qarşı təczvüzü pisləyəcək” - SƏFİR

“Ümidvarıq ki, Azərbaycan Pakistana qarşı təczvüzü pisləyəcək” - SƏFİR

“Cəmmu və Kəşmirdə Hindistana məxsus qırıcı təyyarələrin hərəkətlərini Pakistanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndiririk”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

“Burada müsəlman ölkəsinə, suveren dövlətə qarşı açıq təcavüz var. Bunu Pakistanın ərazi bütövlüyünün, hava sahəmizin pozulması kimi qiymətləndiririk”, – deyən səfir Hindistanı Cəmmu və Kəşmir məsələsinə dair dəfələrlə danışıqlara dəvət etdiklərini, hər dəfə də mənfi cavab aldıqlarını bildirib: “Hindistan Kəşmirlə bağlı bizimlə hər cür təmaslardan boyun qaçırır. Hindistan BMT və İƏT-in Kəşmirə dair qətnamələrini pozaraq yerinə yetirməkdən imtina edir. Kəşmirlilərin hüquq və azadlıqları uzun illərdir pozulur. Təkcə son aylar ərzində 500-dən artıq müsəlman kəşmirli öldürülüb”.

Pakistanlı diplomatın fikrincə, Hindistanın Baş naziri Nərendra Modi qarşıdakı seçkilər ərəfəsində siyasi xal qazanmaq məqsədilə bu vəziyyətdən istifadə edir: “Pakistan bütün platformlarda açıq şəkildə Azərbaycanı dəstəkləyir, o cümlədən Dağlıq Qarabağ məsələsində. Ümidvarıq ki, İƏT Kəşmir Təmas Qrupunun mühüm iştirakçısı kimi Azərbaycan da bu məsələyə dair bəyanat verəcək, Pakistana qarşı təczvüzü pisləyəcək”.

Hindistanın Azərbaycandakı səfirliyi sözügedən hadisəni şərh etməyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA