Millət vəkili cinsiyyətini dəyişdi - "Parlamentə qadın kimi gedəcəm"

  • 2019-01-22 14:33:46
  • |
  • Dünya /

Millət vəkili cinsiyyətini dəyişdi - "Parlamentə qadın kimi gedəcəm"

Almaniyada Bavyera əyalətindən Yaşıllar Partiyasının üzvü kimi millət vəkili seçilən Markus Ganserer cinsiyyətini dəyişdirib.

Hurriyyet.org aznews.az-a istinadən xəbər verir ki, 2013-cü ildən bu günə qədər Nürnberg-Nordu təmsil edən millət vəkili Ganserer keçən ilin oktyabr ayında keçirilən seçkiləri yenidən qazanıb.

Bavyeralı millət vəkili keçən həftə keçirdiyi mətbuat konfransında adının Tessa olduğunu və bundan sonra parlamentə qadın olaraq gələcəyini deyib.

Evli və iki uşaq sahibi olan Ganserer əsl kimliyini 10 il əvvəl kəşf etdiyini, evdə qadın paltarları geyinməyə başladığını, bunu əyləncə olsun deyə etmədiyini və qadın olmağı özünün seçmədiyini bildirib.

Qeyd edək ki, Almaniyada cinsiyyət dəyişdirmək səbəbilə adını dəyişdirmək istəyənlər ən az 2 cərrahi əməliyyatdan keçməli və iki il gözləməlidirlər.

Bu səbəbdən Gansererin yeni adı hələlik rəsmi deyil.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA