Millət vəkili: "Sosial siyasətlə bağlı ciddi addımlar atılır"

Millət vəkili: "Sosial siyasətlə bağlı ciddi addımlar atılır"

Prezident İlham Əliyevin sərəncamına əsasən minimum əmək haqları kəskin artırılıb.

Hurriyyet.org bildirir ki, Millət vəkili Fazil Mustafa Publika.az-a açıqlamasında bildirib ki, ölkədə sosial siyasətlə bağlı məsələlərdə kifayət qədər ciddi addımlar atılır: "Müvafiq qurumlarda həyata keçirilən kadr dəyişikliyi də onu göstərir ki, ölkə prezidenti bu sahəyə xüsusi preoritet olaraq baxır. Bu dəyişikliklərin nəticələri qısa zaman kəsiyində özünü göstərməsə də, yaxın gələcəkdə müsbət nəticələrin şahidi olacağıq. Son günlərdə cənab prezident tərəfindən minimum əmək haqlarının 50 manat artımı onu göstərir ki, bu sahədə radikal islahatlara təkan verilib. Artıq real şəkildə əhalinin gəlirlərinin xeyli aşağı olduğu anlaşılıb. Çox günman ki, əvvəllər müvafiq qurumlar bu istiqamətdə bilgiləri lazımi səviyyədə verə bilməyiblər. Buna görə də alınan nəticələr ürəkaçan deyil. İndi minimum əmək haqqının bu səviyyədə olması ən azı əhalinin azgəlirli hissəsinin yaşam standartlarının qaldırılmasına müəyyən köməkliyini göstərəcək. Ümid edək ki, bu istiqamətdə atılan addımlar davamlı olacaq. Ölkə prezidentinin də güvəndiyi məmurlar, onu vaxtında doğru informasiya isə təmin edib əlahinin narazılığına səbəb olan məsələlərin ortadan qaldırılmasına köməklik göstərəcək".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA