Milli Kəşfiyyat xidmətini hədəfə aldılar - 20 nəfər həlak oldu, 95 nəfər yaralandı

Milli Kəşfiyyat xidmətini hədəfə aldılar - 20 nəfər həlak oldu, 95 nəfər yaralandı

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın cənubundakı Zabul əyalətində mərkəzi xəstəxana binasının yanında baş vermiş partlayış nəticəsində azı 20 nəfər həlak olub, 95 nəfər usə yaralanıb. Məlumatı “Röyters” agentliyi yayıb. Hadisə yük maşınına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Xəstxanının Milli Kəşfiyyat Xidmətinin (NDS) binasının qarşısında yerləşdirildiyi bildirilir. Partlayışa görə məsuliyyəti “Taliban” təşkilatı öz üzərinə götürüb. Təşkilat öz hədəfinin məhz Kəşfiyyat Xidməti olduğunu bəyan edib.

Ölənlərin iki nəfərinin polis olduğu xəbər verilir. Qalan zərərçəkənlər dinc sakinlərdilər. Partlayış nəticəsində yaxınlıqda yerləşən bir neçə ofis və yaşayış binası zədələnib.

Hurriyyet.org