Milli Məclisə rəsmi Amnistiya müraciəti daxil olub

Milli Məclisə rəsmi Amnistiya müraciəti daxil olub

Milli Məclisə Amnistiya Aktının qəbul edilməsi ilə bağlı rəsmi müraciət daxil olub.

Hurriyyet.org xəbər verir ki, modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.

Qeyd edək ki,Azərbaycanda indiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilib.

Loading...

QALEREYA