Milli Şura və Müsavatın mitinq müraciətinə cavab verildi - RƏSMİ

Milli Şura və Müsavatın mitinq müraciətinə cavab verildi - RƏSMİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.

Hurriyyet.org-un məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının aprelin 7-də, saat 15:00-da İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.

Bundan başqa, BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətini də cavablandırıb.

BŞİH-də müraciətə baxılıb və Milli Şuranın aprelin 6-də, saat 15:00-dan saat 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA