Millimiz Slovakiyaya QARŞI

  • 2019-06-11 10:23:18
  • |
  • İdman /

Millimiz Slovakiyaya QARŞI

Bu gün futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Hurriyyet.org xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya yığması ilə üz-üzə gələcək. Matçı şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Bu, yığmamızın E qrupunda üçüncü matçıdı. Azərbaycan millisi ilk turda Zaqrebdə Xorvatiyaya uduzub (1:2), bir neçə gün öncə isə Bakıda Macarıstana məğlub olub (1:3).

Azərbaycan millisi tarix ərzində Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bunların 5-də rəqib komanda qələbə qazanıb. Yığmamız isə 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında Bakıda 2:0 hesablı qələbəyə imza atıb.

Bu gün E qrupunun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.

AÇ-2020-nin seçmə mərhələsi
E qrupu

11 iyun

20:00. Azərbaycan - Slovakiya
Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson (hamısı Şotlandiya).
Bakı. 8-ci km stadionu.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA