Millimizin oyununun yeri və saatı açıqlandı

  • 2019-04-15 16:47:10
  • |
  • İdman /

Millimizin oyununun yeri və saatı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyn yığması ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Hurriyyet.org AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə oyunu 2019-cu il iyunun 6-da, Esşen şəhərindəki “Sportpark Esşen Mauren” stadionunda keçiriləcək. Qarşılaşmaya yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) start veriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA