“Milyonlarla vəsaiti oğurlayıb, sonra büdcəyə qaytarmaq…” - Qüdrət Həsənquliyev

“Milyonlarla vəsaiti oğurlayıb, sonra büdcəyə qaytarmaq…” - Qüdrət Həsənquliyev

Millət vəkili Qüdrət Həsənquliyev daşqın və seldən əziyyət çəkən İrana yardım olunması təklifini irəli sürüb.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, milət vəkili belə bir təkliflə bu gün Milli Məclisin plenar iclasında çıxış edib. Millət vəkili deyib ki, İran blokada şəraitindədir, yardıma ehtiyacı var.

Q.Həsənquliyev həmçinin Hesablama Palatası tərəfindən büdcədən mənimsənilən milyonlarla manat vəsaitin büdcəyə bərpa olunmasına diqqət çəkib: “Sıravi vətəndaş 5 min manat oğurlasa, o, cinayət məsuliyyətinə cəlb olunur. Milyonlarla vəsaiti oğurlayıb, sonra büdcəyə qaytarmaq məcburiyyətində qalanlar da məsuliyyətə cəlb olunmalıdır. Yoxsa mən oğurlayım, üstü açılsa, qaytarım prinsipi ilə yanaşırlar ki, belələri mütləq cəzalandırılmalıdır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA