Yaşayış binasında YANĞIN: sakinlər təxliyə olundu

Yaşayış binasında YANĞIN: sakinlər təxliyə olundu

Mingəçevirdə yaşayış binasında yanğın baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə az öncə şəhərin Heydər Əliyev prospekti 35 ünvanında baş verib.

Həmin ünvanda yerləşən yaşayış binasının 5-ci mərtəbəsində başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və təcili yardım briqadası cəlb olunub.

Dərhal yanğının qeydə alındığı blokun sakinləri təhlükəsiz sahəyə təxliyə olunub və ardınca yanğın sahəsi lokallaşdırılaraq söndürülüb. Əldə olunan məlumata görə, yanğın mənzilin tüstü sobasında qeydə alınıb.

Hadisə nəticəsində hər hansı zərərçəkən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA