Misir Mərdanov Abel Məhərrəmovun səhhətindən DANIŞDI

Misir Mərdanov Abel Məhərrəmovun səhhətindən DANIŞDI

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı açıqlama verib.

Hurriyyet.org xəbər verir ki, M.Mərdanov unikal.org-a Abel Məhərrəmovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib:

“Vallah məndə bu xəbəri ilk dəfə KİV-lərdə oxudum. Dərhal Abel müəllimin özü ilə əlaqə saxlamaq istədim, ancaq telfon zəngimə cavab vermədi. Narahat olub, yenidən yaxınları ilə əlaqə saxladım. Bildirildi ki, Abel müəllim dünən səhər saatlarında özünü narahat hiss etdiyi üçün dərhal xəstəxanaya yerləşdirilib. Hazırda səhhəti normaldır. Kamran həkimin nəzarəti altındadır”.

Qeyd edək ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra dünən palataya köçürülüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA