Mobil operatorlar cibimizə necə girir? - Bu da yeni FIRILDAQ

Mobil operatorlar cibimizə necə girir? - Bu da yeni FIRILDAQ

Mobil operatorların keyfiyyətsiz və bahalı xidmətindən boğaza yığılan abunəçilər indi də yeni fırıldağın qurbanına çevriliblər.

Azərbaycanda mobil rabitənin tətbiqindən ötən dövr ərzində abunəçilərin şikayətlərinin ardı-arası kəsilmir. Mobil operatorların sayının artması, yəni bazarda rəqabət şəraitinin yaranması da abunəçilərə göstərilən xidmətin keyfiyyətinə təsir göstərmədi.

Ölkədə mövcud olan 3 mobil operatorun xidmətindən yararlanan vətəndaşlar mobil rabitənin bahalığından və qiymətlərin kəlləçarxda olmasına baxmayaraq, xidmətin keyfiyyətsizliyindən çox narazıdırlar.

Abunəçiləri hiddətləndirən məqamlardan biri də mobil operatorların öz istifadəçilərinin balansına belə “əl uzatmaq”dan çəkinməməsidir. Hər halda, bu və ya digər mobil operatorun öz abunəçilərinin balansından əsassız olaraq, “pul silməsi” hallarını xatırlatmaq kifayətdir.

Lakin görünür, bu “əliuzunluq” mobil operatorlar üçün yetərli deyil. Onlar öz abunəçilərini bir az da soymaq üçün yeni üsullar axtarırlar və təbii ki, tapırlar. Yeni soyğunçuluq üsulu nədən ibarətdir?

Deməli, abunəçilər ölkə xaricində kiməsə “WhatsApp” vasitəsilə video və ya audiozəng vurmağa peşman olurlar. Rabitə yaranır və 5-10 saniyədən sonra əlaqə kəsilir. Təkrar bağlantı isə alınmır ki, alınmır.

Bəs vacib sözü olan zavallı abunəçi neyləməlidir? Əlbəttə ki, o, öz balansındakı vəsaitləri xərcləməklə həmsöhbətinə zəng etməlidir. Ölkədaxili zənglərin fantastik dərəcədə baha olduğu şəraitdə xaricə zəng vurmağın abunəçiyə neçəyə başa gəldiyini söyləməyə ehtiyac yoxdur. Bu hal abunəçinin balansının “süpürülməsi”, mobil operatorun isə kassasının dolması deməkdir.

Haram, yoxsa halal pulla? Onlar üçün nə fərqi..?\\yenicag.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA