Mogerini Paşinyanı Qarabağ üzrə danışıqlara çağırdı - İLKİN ŞƏRT OLMADAN

Mogerini Paşinyanı Qarabağ üzrə danışıqlara çağırdı - İLKİN ŞƏRT OLMADAN

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir.

Hurriyyet.org-un Trend-ə istinadən məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunan xəbərdə deyilir.

Qeyd olunur ki, F.Mogerini və N.Paşinyan bu yaxınlarda Ermənistan və Azərbaycan arasında təmaslar fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini müzakirə ediblər: "Federika Mogerini Nikol Paşinyanın münaqişənin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA