Monteneqro Prezidenti Azərbaycana gələcək

Monteneqro Prezidenti Azərbaycana gələcək

Monteneqro Prezidenti Milo Cuqanoviç Azərbaycana səfərə gələcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd martın 14-16-da keçiriləcək VII Qlobal Bakı forumunda iştirak etməkdir.

M.Çuqanoviçin forumda nitq söyləməsi və səfər çərçivəsində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.

Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bütün Balkan ölkələri, o cümlədən Monteneqro Respublikası ilə sıx əməkdaşlıq edir. Bu ölkənin əvvəlki prezidenti Filip Vuyanoviç Mərkəzin İdarə heyətinin üzvüdür. O, IV və V Qlobal Bakı Forumlarında da iştirak edib.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə Monteneqro przidenti ilə yanaşı, Əfqanıstan, Bosniya və Herseqovina, Albaniya və digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaq. /report/