“Moskva Yunanıstanın cavabını verəcək” - RUS-YUNAN DİPLOMATİK SAVAŞI

  • 2018-07-11 13:58:04
  • |
  • Dünya /

“Moskva Yunanıstanın cavabını verəcək” - RUS-YUNAN DİPLOMATİK SAVAŞI

Hurriyyet.org xəbər verir ki, Rusiya XİN idarəsi Yunanıstandan Rusiya diplomatlarının qovulmasına eyni şəkildə cavab verəcəklərini bildirib.

Nazirlikdə bildiriblər ki, bu cür hərəkətlərə belə reaksiya vermək artıq sınanmış təcrübədir.

Rusiya Federasiya Şurası Komitəsinin sədr müavini Andrey Klimov Rusiyanın iki nəfər yunan diplomatını ölkədən çıxaracağını bildirib. Onun sözlərinə görə, “bu cür cavab addımı atılmasa, Moskva öz əməkdaşlarının işinin təhlükəsizliyini təmin edə bilməz”.

Senator bildirib ki, Rusiya heç vaxt Yunanıstanı Avropada müttəfiq və tərəfdaş olaraq görməyib: “Yunanıstan NATO üzvüdür, artıq bu, kifayətdir”.

Bu gün Yunanıstanda dərc edilən “Katimerini” qəzeti bildirib ki, Afina iki nəfər rus diplomatını ölkədən çıxarır və daha iki rus diplomatının ölkəyə daxil olmasını qadağan edir. Səbəb kimi “milli təhlükəsizliyə qarşı hüquqa zidd fəaliyyət” göstərilir.

Mətbu orqanı diplomatik mənbələrə istinadən yazır ki, Afinanın qəbul elədiyi qərarlar “Yunanıstanın daxili işlərinə müdaxiləyə cavabdır”. Qeyd edilir ki, Yunanıstan Moskva ilə xoş münasibətlərini qorumağa çalışır. Mənbələrin sözlərinə görə, bu, yalnız iki ölkənin qarşılıqlı şəkildə bir-birinin suverenliyinə və müstəqilliyinə hörməti şərti daxilində mümkündür. Nəşrin müsahibləri bildiriblər ki, Afinanın bu qərarı “Yunanıstanla Rusiyanın ümumi xoş münasibətləri ilə yox, sırf bu dörd nəfərin fəaliyyəti ilə bağlıdır”.

Hurriyyet.org

Loading...

QALEREYA