Moskvada azərbaycanlıların toplaşdığı məscid bağlandı - FOTOLAR

  • 2019-01-11 14:11:52
  • |
  • Region /

Moskvada azərbaycanlıların toplaşdığı məscid bağlandı - FOTOLAR

Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus "İnam” cümə məscid bağlanıb və cümə namazına heç kim buraxılmır.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keşik çəkir.

Qeyd edək ki, "İnam” məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA