Moskvada daha bir silahlı insident - Azərbaycanlı qətlə yetirildi

Moskvada daha bir silahlı insident - Azərbaycanlı qətlə yetirildi

Moskvada Azərbaycan əsilli şəxs avtomobildən açılan atəş nəticəsində həyatını itirib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hazırda polis hadisə yerindən uzaqlaşan maşını və onun içərisində olan şəxsləri axtarır.

Əldə edilən məlumatlara görə, Səmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında naməlum şəxslər “BMW X6″ markalı avtomobildən odlu silahla bir kişini güllələyiblər. Hadisə fevralın 15-i gecə saatlarında baş verib. Odlu silahla vurulan şəxs – təqribən 45 yaşlı azərbaycanlı həyatını itirib.

Hazırda hüquq-mühafizə orqanları qatillərin hadisə yerindən uzaqlaşdığı avtomobili axtarır, həmçinin bu insidenlə fevralın 14-də Moskvanın Peçatniki rayonunda Çeçen və Azərbaycan əsilli şəxslər arasında baş vermiş atışma ilə müşayiət olunan kütləvi dava arasında hər hansı bir əlaqənin olub-olmadığı araşdırırlar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA