MOSKVANIN STRATEJİ DAİRƏLƏRİNDƏ DUGİNİN LOBBİÇİLİK ETMƏK İMKANI VARMI? - İranın "Təsnim" agentliyindən Qarabağ mövzusunda ŞƏRH

MOSKVANIN STRATEJİ DAİRƏLƏRİNDƏ DUGİNİN LOBBİÇİLİK ETMƏK İMKANI VARMI? - İranın "Təsnim" agentliyindən Qarabağ mövzusunda ŞƏRH

“Təsnim” İA (İran)

Son bir neçə gündə bəzi Rusiya millət vəkilləri və görkəmli rus ekspertləri Bakıya səfər edərək, Azərbaycan rəsmiləri və politoloqları ilə müxtəlif görüşlər keçirib və xeyli vaxtdır Azərbaycanla Ermənistan arasında davam edən münaqişə zonasına, işğaldan azad olmuş ərazilərə baş çəkiblər.

Bəzi mütəxəssislərin fikrincə, Bakı-Moskva münasibətlərində Ermənistan işğalından azad olunmuş ərazilərin mühüm müzakirə mövzusuna çevrilməsi iki paytaxt arasında əlaqələrin yeni mərhələsinin başlanğıcıdır.

Tanınmış rus mütəfəkkir və strateqi Aleksandr Duginin təmsil etdiyi Rusiya nümayəndə heyəti Azərbaycan və Ermənistan arasında münaqişə zonasının təmas xəttinə səfər edib, Azərbaycan əsgərləri ilə görüşdə Azərbaycan torpaqlarını Ermənistan işğalından azad etmək cəhdləri və İrəvanı buna məcbur etmək zərurəti barədə söz açıb.

Aleksandr Duginin Ermənistanının hərəkətlərini işğal kimi səciyyələndirməsi və məhz “işğal” istilahından istifadə edilməsi Azərbaycan mediasının son bir neçə gündə xüsusi diqqətini çəkmiş məsələdir.

Mətbuat Dugini Putinin sözçüsü kimi qələmə verir, onun Azərbaycan paytaxtına səfərini Bakı ilə Moskva arasında strateji əlaqələr kontekstində dəyərləndirir, rus nümayəndəsinin müharibənin ön xəttinə baş çəkməsi və “işğal” sözündən istifadə etməsini İrəvan əleyhinə dəlil sayır və bütövlükdə, Bakı və Moskva arasında münasibətlərdə yeni bir mərhələyə qədəm qoyduğuna işarə edir.

Rusiya nümayəndə heyətinin Bakıya səfəri və azərbaycanlı ekspertlərlə keçirdiyi görüşlərlə bağlı mediada “Qarabağın işğal və Qarabağın Azərbaycana məxsus olmasının etirafı, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ətrafındakı daha beş bölgənin qeyd-şərtsiz azad edilməsi, Rusiya ilə Azərbaycan arasında strateji-hərbi əməkdaşlıq, Rusiyanın kütləvi informasiya vasitələrində “türkofobiya” təzahürləri və bu təbliğatın neytrallaşdırmaq cəhdinin vacibliyi, Rusiyanın xarici siyasətində avrasiyaçılığa, etnik səviyyədə rus və türk xalqları arasında əməkdaşlığı vurğulayaraq bunun həyati əhəmiyyətə malik olması” bildirilir.

Nəhayət, “Azərbaycanın Avrasiya Cəbhəsinin tərkib hissəsi olmağa cəlb etmək” vacib hesab edilir və Rusiya nümayəndə heyətinin bəyanatlarında bu, şübhəsiz, xüsusi vurğulanmış bir məsələdir.

Ancaq əsas real sual budur: bu heyətin açıqladığı bəyanatı Moskvanın Azərbaycana dair əsl siyasətini nə dərəcədə əks etdirir və məlum nümayəndə heyətinin Moskvanın strateji dairələrində lobbiçilik potensialı varmı?

Rusiya nümayəndə heyətinin Bakıda açıqladığı bəyanatdan bir gün sonra baş verən hadisələr, Rusiyanın ən mötəbər siyasi televiziya proqramlarından birində söylənənlər bu yolun enişli-yoxuşlu olduğunu və Moskvada güclü müxalifətlə qarşılandığını göstərib.

Həmin teleproqramda (Vladimir Solovyovun verilişi nəzərdə tutulurtərc.) Rusiyanın hərbi strateqi Semyon Baqdasarov, Rusiya nümayəndə heyətinin Bakıdakı ifadələrinə və xüsusilə Rusiya parlamentinin təmsilçisi Dmitri Savelyevin sözlərinə istinad edərək, parlamentin buraxılmasına çağırış edib! Baqdasarov bu çağırışı səsləndirərkən, Dövlət Dumasının liberal-demokrat fraksiyasının üzvü Jirinovski verilişdə iştirak edib və əlbəttə, erməni ekspertin bəyanatlarına heç bir müxaliflik etməyib, o cümlədən Dumanın buraxılması və həmkarının (Savelyevintərc.) məhv edilməsi çağırışına qarşı çıxmayıb!

Digər bir məsələ – pessimist rəy budur ki, Bakıdakı rəsmilər Moskvanın düzgün və qərəzsiz yanaşma yürütməsinə inamsızlığıdır. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının katibinin İrəvana səfəri Rusiya nümayəndə heyətinin Bakıya səfəri tarixi ilə üst-üstə düşüb.

Rusiya Təhlükəsizlik Şurasının katibi Mixail Patruşev İrəvana səfəri çərçivəsində erməni vəzifədaşı Armen Qriqoryanla görüşüb, Moskvanın Dağlıq Qarabağ məsələsinin diplomatik və siyasi həllinin zəruriliyi rəyində olmasının altından xətt çəkərək bildirib ki, Moskva, münaqişənin bütün tərəflərinin fikirlərini nəzərə alaraq, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyini düşünür və bunu dönə-dönə vurğulayır.

Bu bəyanatlar Rusiyanın sakit-sözsüz şəkildə Ermənistanı dəstəkləmə siyasətinin davam etdirməsini və Dağlıq Qarabağ probleminin həlli probleminin uzadılacağını göstərir.

Tərcümə: Strateq.az

Loading...

QALEREYA