MSK ReAl-ın parlamentə təqdim etdiyi imzaları yoxlayacaq - İşçi Qrup yaradıldı

MSK ReAl-ın parlamentə təqdim etdiyi imzaları yoxlayacaq - İşçi Qrup yaradıldı

Mərkəzi Seçki Komissiyası (MSK) Respublikaçı Alternativ təşəbbüs qrupunun (ReAL) bir neçə qanunun qəbulu üçün Milli Məclisə təqdim etdiyi 41500 imzanın yoxlanılması üçün İşçi Qrup yaradıb.

Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, İşçi Qrup imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olub-olmamasını yoxlayacaq.

İşçi qrupunun tərkibində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri yer alacaq. MSK üzvü Etibar Əliyev isə İşçi qrupunun əlaqələndiricisi təyin olunub.

Proses yekunlaşdıqdan sonra İşçi Qrupun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA