MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2018-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Artıq bir neçə partiya maliyyə hesabatını təqdim edib.

Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 46-sı 2017-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 9 partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA