MTRŞ tənqid etdi: “Bacanaqlar” serialı ilə bağlı – Qərar

MTRŞ tənqid etdi: “Bacanaqlar” serialı ilə bağlı – Qərar

MTRŞ-nin tənqidlərini nəzərə alaraq, serialın ssenarisində müəyyən dəyişikliklər etmişik.

Hurriyyet.org bildirir ki, bu sözləri Kulis.az-a açıqlamasında ATV telekanalında yayımlanan “Bacanaqlar” serialının layihə rəhbəri, aktyor Elməddin Cəfərov Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun yerli komediya serialları ilə bağlı dediklərinə münasibət bildirərkən söyləyib.

O bildirib ki, MTRŞ-nin martda teleseriallarla bağlı telekanal rəhbərləri, prodakşn və ictimaiyyət nümayəndələri ilə keçirəcəyi görüşdən xəbərdardır:

“Görüş barədə məlumatlıyam, amma zaman və məkan hələ təyin olunmayıb. Tənqidlər eşidən kimi “baş üstə” dedim. Düzdür, komediyada bir az reytinqə, gülüşə qaçanda bəzi şeylər şişirdilir. Komediyada bəzi şeylər azalanda reytinq və baxımlılıq zəifləyir. Amma ortaq bir mövqe tapmağa çalışırıq. Bütün yaradıcı heyət çalışırıq ki, həm rəhbərliyin tapşırıqlarını nəzərə alaq, həm də serial baxımlı olsun. Normal bir iş ortaya çıxarmaq üçün ssenaridə dəyişikliklər etmişik. Ötən həftədən artıq komandaya müəyyən tapşırıqlar verilib”.

Xəzər TV-də yayımlanan “Niyə” serialının baş prodüseri Coşqun Vəliyev isə çəkdikləri serialla bağlı onlara hər hansı irad tutulmadığını bildirib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov mart ayında teleseriallarla bağlı telekanal rəhbərləri, prodakşnlar və ictimaiyyət nümayəndələri ilə keçirilməsi gözlənilən görüş öncəsi MTRŞ-nin monitorinq qrupu tərəfindən teleseriallarla bağlı analitik xarakterli geniş təhlili material hazırlandığını deyib. O, əsasən komediya janrında olan yerli seriallarda müəyyən problemlərin olduğunu qeyd edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA