Müəllimlərin işə qəbulu ilə bağlı test imtahanının vaxtı açıqlandı

Müəllimlərin işə qəbulu ilə bağlı test imtahanının vaxtı açıqlandı

"Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi iyulun 16-da başlayıb avqustun 2-dək başa çatmalıdır".

Hurriyyet.org xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O qeyd edib ki, imtahanlarda namizədlər 90 dəqiqə ərzində 60 suala cavab verməlidirlər: "Üçüncü mərhələdə yerləşdirmə aparılacaq. Bundan sonra isə dördüncü yəni müsahibə mərhələsi olacaq”.

M.Camalzadə bildirib ki, imtahanlarda açıq tipli sualların salınması nəzərdə tutulmayıb.

Loading...

QALEREYA