Müğənni Cəmilə: "İlk dəfə "yubka" qaldırmağı mən etmişəm” - VİDEO

Müğənni Cəmilə: "İlk dəfə "yubka" qaldırmağı mən etmişəm” - VİDEO

“Dördqat Azərbaycan çempionuyam, birbaşa mərkəzdən vururam”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri “Səhər-Səhər” verlişinə müsahibə verən Elit Star Cəmilə deyib. Sözügedən verilişdə “Plastik əməliyyatın qurbanları” mövzusu müzakirə olunub.

“İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə yubkanı mən qaldırmışam. Həqiqətən bədən ölçülərim 60-90-60-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı saxlayıram. Həkimlərin birinə gedirəm səhv edir, gedirəm o biri onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni doğurdan pis etmişdilər”, - deyə Cəmilə etiraf edib.

Eyni zamanda müğənni başqalarının fikrinin onun üçün önəmli olmadığını deyib:

“Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm nəyi necə, harada edirəm. 88-90 faiz bütün qlobusu gəzmişəm. Azərbaycan, rus, inglis dilini bilirəm. Hələ gəlin mənim səviyəmə çatın, sonra danışarsınız. Kompüter arxasında oturanların bəziləri qozbeldi, bəziləri o qədər eybəcərdir ki, insan küçədə görsə, qorxar. Oturub şərh yazırlar... Dördqat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən vururam...”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA