“Müharibə mütləq başlayacaq!” - ABŞ-a MEYDAN OXUDU

“Müharibə mütləq başlayacaq!” - ABŞ-a MEYDAN OXUDU

“Koreya Xalq Demokratik Respublikası müharibəyə cəhd etmir, eyni zamanda müharibədən çəkinməyəcək”.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir.

“Koreya yarımadasında formalaşan vəziyyət partlayış təhlükəsi yaradır. Heç kim müharibənin nə vaxt başlayacağını bilmir. Müharibə ABŞ-ın davakar bəyanatları fonunda artıq reallıqdır. Söhbət ondan getmir ki, müharibə olacaq, ya yox? Söhbət yalnız müharibənin nə vaxt başlayacağından gedir”, - Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib.

Qeyd edək ki, hazırda Cənubi Koreyada ABŞ-la birlikdə “Vigilant ACE” adlı görünməmiş miqyasda hərbi hava təlimləri keçirilir. Təlimlərə F-22 Amerika qırıcı-gözəgörünməz qırıcıları və B-1B “Lanser” strateji bombardmançıları da daxil olmaqla təxminən 230 başqa təyyarə cəlb edilib.

Dünən isə ABŞ-ın Hərbi-Hava Qüvvələrinin B-1B “Lancer” strateji bombardmançıları Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın sərhədində yerləşən poliqonda aviazərbələr endirib.

KXDR-in dövlət nəşri olan “Rodong Sinmun”un məqaləsində deyilir ki, ABŞ və Cənubi Koreyanın Koreya yarımadası ətrafında birgə hərbi təlimə başlaması regionda müharibəyə gətirib çıxara bilər.

  • Hamısı
  • Loading...