Müharibəyə saatlar qaldı: Rusiyadan ŞOK İDDİA

  • 2019-02-22 17:10:06
  • |
  • Dünya /

Müharibəyə saatlar qaldı: Rusiyadan ŞOK İDDİA

ABŞ Venesuela sərhədinə yaxın ərazilərə xüsusi təyinatlı dəstələr və hərbi texnika göndərir.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Vaşinqtonun təxribata hazırlığı hərb elminin bütün qaydaları ilə aparılır”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, ABŞ və NATO Venesuela müxalifətinə silahın ötürülməsinə hazırlaşır. Zaxarova qeyd edib ki, silahlar və döyüş sursatlarının böyük partiyasının Şərqi Avropa ölkələrindən birindən alınması planlaşdırılır. O, böyuk kalibrli pulemyotlar, avtomatik qumbaraatan və daşınabilən zenit-raket komplekslərindən söhbət getdiyini deyib.

“Venesuelaya hərbi yükün çatdırılması cari ilin mart ayının başlanğıcında beynəlxalq ekspeditor şirkətinin nəqliyyat təyyarələrinin cəlb edilməsi ilə qonşu ölkənin ərazisi vasitəsilə bir neçə həyata keçirilməsi planlaşdırılır”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.

O dəqiqləşdirib ki, bu əməliyyata Ukraynanın “Antonov” şirkətini cəlb edəcəklər.

Zaxarovun sözlərinə görə, Venesuelada hadisələrin inkişafı kritik vəziyyətə yaxınlaşıb.

“Fevralın 23-də təhlükəli genişmiqyaslı təxribat nəzərdə tutulub. Vaşinqton tərəfindən idarə olunan “humanitar konvoy” Venesuela sərhədinə hərəkət edəcək. Məqdəs ölkə hakimiyyətinin tərəfdarları və rəqibləri arasında toqquşmalara nail olmaq, ölkənin mövcud qanuni prezidentin hakimiyyətdən kənarlaşdırılması üçün hərbi əməliyyata əlverişli bəhanə meydana gətirməkdir”, - o vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA