“Musanın ağ tellərini sevirəm” - Təranə Qumral - VİDEO

“Musanın ağ tellərini sevirəm” - Təranə Qumral - VİDEO

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğənni cütlüklər Təranə Qumral və Musa Musayev olub.

Hurriyyet.org
bildirir ki, Təranə Qumral həyat yoldaşının ağ saçlarını sevdiyini deyib:

"Yaş özünü kişidə də qadında da göstərir. Bilirik ki, 35 yaşdan sonra saç yavaş-yavaş ağarmağa balayır. Kimi saç boyasını qoyub, örtüb, üstünü basdırır. Mən Musanın ağ tellərini sevirəm".

Musa Musayev isə ağ saçları ilə bağlı maraqlı açıqlama verib:

"Mənim uşaqlıq arzum idi. Hər zaman ağsaqqal, məndən böyük insanlara baxanda deyirdim ki, kaş böyüyüb, yaşa dolaydım, mənim də ağ saçlarım olardı. Mən o həsrətlə yaşamışam. Amma ağ saçları qaranın altında gizlədib özümə ağsaqqal deyə bilmərəm. Hər bir yaşın öz gözəlliyi var".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz