Müştərini bıçaqlayan Bəhrama 10 il cəza verildi - Bişirdiyi kababı bəyənməmişdi

Müştərini bıçaqlayan Bəhrama 10 il cəza verildi - Bişirdiyi kababı bəyənməmişdi

Bişirdiyi kababı bəyənməyən müştərini bıçaqlamaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən 1983-cü il təvəllüdlü Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən B.Cəfərov 10 il müddətinə azadlıqdan məhtum edilib.

Onun daha əvvəl də məhkumluq həyatı yaşadığı məlum olub. Bəhram Cəfərov zərərçəkmişi öldürməyə cəhd etmədiyini deyib və ona qarşı irəli sürülmüş ittihamın ağır olduğunu bildirib.

Xatırladaq ki, hadisə Quba rayonunda kafelərdən birində baş verib. Kafenin kababçısı Bəhram Cəfərovla müştəri Quba şəhər sakini 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəmnində kababçı müştərini bıçaqlayıb.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmi-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hadisənin təfərrüatı ilə bağlı məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hərkəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəmnində S.Hüseynov bıçaqlanıb.

Bəhram Cəfərova qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA