“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” - ŞİKAYƏT - III HİSSƏ

“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” - ŞİKAYƏT - III HİSSƏ

Yasin Bayramov: “Mütəşəkkil dəstəni müdafiə edən hakimlər haqqında heç bir tədbir görmürlər”

Bakı şəhərəi, Binəqədi rayonu, 9-cu mkr, ev 0002, mənzil 0103-də müvəqqəti yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edən şikayətçi yazır:

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/mutesekkil_desteni_13_nefer_hakim_mudafie_edir_-_ikayt_-_ii_hiss)

Göründüyü kimi, mən mənzilimdən istifadə hüququmun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsinə göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməliydim.

“Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrü¬bəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndinə görə belə hallarda məhkəmə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Həmin qərardan görünür ki, bu sübutlarla şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədlər ola bilər. Hazırkı işdə belə sənədlər mövcud deyildir.

Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Kassasiya şikayətinə baxılarkən, Azərbaycan Respublikasının Ali Məhkəmə¬sinin hakimi T.Qoldman və məhkəmə iclas katibi R.Qoşqarın 11 oktyabr 2018-ci il tarixdə keçirilən məhkəmə iclas protokolunu saxtalaşdırmışlar. Eyni zamanda, Ali Məhkəmənin MK-nın hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyev çıxardıqları qərarı (iş 2(102)-6005/2018 saylı) saxtalaşdıraraq Bakı şəhəri, Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayevanın gizli çıxardığı saxta qətnaməsini müdafiə etmişlər. Yəni, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi Ali Məhkəmənin yuxarıda qeyd edilən saxtalaşdırılmış qərarına əsasən ləğv edildi və işə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildi. 12 fevral 2019-cu il tarixində (iş 2(103)-587/2019 saylı) Apellyasiya Məhkəməsinin MK-nın hakimləri İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəlilova və İ.Xəlilovdan ibarət tərkibdə baxıldı.

Məhkəmə iclasının protokolu ilə tanış olmaq üçün hakim İ.Kərimliyə müraciət etsəm də, o qəsdən imkan yaratmadı ki, məhkəmə iclasının protokolu ilə tanış olum. Sonradan mənə məlum oldu ki, hakim İ.Kərimli və məhkəmə iclasına katiblik etmiş A.Əbdürəhmanov məhkəmə iclasının protokolunu saxtalaşdırıblar.

12 fevral 2019-cu il tarixli 2(103)-587/2019 saylı qətnaməni Bakı Apellyasiya Məhkəməsindən aldıqdan sonra mənə məlum oldu ki, hakimlər İ.Kərimli, X.Cəlilova və İ.Xəlilov yuxarıda qeyd edilən qətnaməni elə saxtalaşdırıblar ki, bu hakimlərin əməlləri gizli qətnamə çıxaran A.Abdullayevanın qətnaməsindən də dəhşətlidir. Azərbaycan Respublikası MPM-nin 228-ci maddəsinə əsasən qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi üçün hakim İ.Kərimliyə ərizə ilə müraciət etdim. Mənim ərizəmə hakim İ.Kərimli baxmadı və ərizəmə bu günə kimi cavab vermədi.

Mən Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Kərimliyə müraciət etmişdim ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Apellyasiya İnstansiyası Məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Mənim apellyasiya şikayətimdə göstərdiyim dəlillərə məhkəmə prosesində əhəmiyyət verilmədi. Əgər hakimlər İ.Kərimli, X.Cəlilova və İ.Xəlilov çıxardıqları qətnaməni saxtalaşdırdıqları üçün cinayət törədiblərsə, onlardan hansı ədalətli mövqe gözləmək olar?! Apellyasiya şikayətimdə bildirmişdim ki, 19.04.2006-cı il tarixdə Bayramov Orxan İsmayıl oğlu Bakı şəhəri Nizami rayon məhkəməsində olmamışdı. Lakin onun adından məhkəmə iclas protokoluna izahat yazılıb və gizli çıxarılmış qətnamədə çıxış yazılıb. Orxan Bayramov isə mənə bildirdi ki, o məhkəmə iclasında olmamışdı. MK-ya Orxan Bayramovu məhkəmə iclasına məcburi qaydada qanuna əsasən gətirə bilərdi. Və iddiaçı hesab olunanlar E.S.Mehdiyevanın, Z.Y.Bayramovun və R.Y.Bayramovun saxta iddia ərizəsini imzalamamasını sübut etmək üçün xəttşünaslıq ekspertiza təyin edilməsi təmin edilmədi. Məhkəmə iclaslarında mənim çıxışlarım protokola və saxta qətnamədə qəsdən göstərilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 12.02.2019-cu il tarixlu 2(103)-587/2019 saylı qətnaməsində hakimlər İ.Kərimli, X.Cəlilova və İ.Xəlilovun aşağıdakı əsaslara görə cinayət törətmələri sübutdu. Hakimlər bilirlər ki, Bayramov Ziyədəli Yasin oğlu iddiaçı deyil. Və Z.Y.Bayramov məhkəmə iclasında çıxış edərkən onun çıxışı məhkəmə iclasının protokolunda və məhkəmənin qətnaməsində hakimlər və məhkəmə iclasının katibi tərəfindən təhrif olunmuşdur. Belə ki, Z.Y.Bayramov 31 yanvar 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin MK-nın iclasında bildirdi ki, onun adından yazılmış 27.02.2006-cı il tarixli iddia ərizəsindən və Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 aprel 2006-cı il tarixli 2-501/2006 saylı qətnaməsindən xəbəri yoxdur. Belə olan halda Z.Y.Bayramov 08.01.2019-cu il tarixində deyə bilərmi ki, iddia ərizəsindəki imza ona məxsusdur. Eyni zamanda, Z.Y.Bayramov deyə bilərmi ki, 19 aprel 2006-cı il tarixində birinci instansiya məhkəməsində proses getdiyi dövrdə Bakıda olmadığına görə qardaşı Ruzigara etibarnamə vermişdir ki, məhkəmədə onu təmsil etsin. Belə bir etibarnamə saxta iş materiallarında yoxdur. Nə də Bakı şəhəri Nizami rayon məhkəməsinin 19.04.2006-cı il tarixli gizli qətnaməsində, 21.02.2018-ci il tarixli 2(103)-1049/2018 saylı saxtalaşdırılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində və Ali Məhkəmənin 11.10.2018-ci il tarixli 2(102)-6005/2018 saylı saxtalaşdırılmış qərarında da heç bir etibarnamənin olması məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Ona görə ki, saxta iş materiallarında elə bir etibarnamə yoxdur.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 06.12.2018-ci il tarixli 33/5010 nömrəli məktubu təsdiq edir ki, saxta iddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlunun ölkədən çıxışı 22.02.2006-cı il tarixində olmuşdur. Belə olan halda Z.Y.Bayramov xarici ölkədə on üç gün yaşadıqdan sonra hüququ olmayan şəxs tərəfindən onun adından Bakı şəhəri Nizami rayon məhkəməsinə saxta iddia ərizəsi vermişdir. Belə olan halda saxta iddia ərizəsini qəbul edən Bakı şəhəri Nizami rayon məhkəməsinin dəftərxana işçiləri və hakim saxta iddia ərizəsinin sahibi kim olduğunu niyə dəqiqləşdirməmişlər? Və yaxud yuxarıda qeyd edilən Dövlət sənədi təsdiq edir ki, Z.Y.Bayramov ölkədə yoxdur. Saxta iddia ərizəni məhkəməyə təqdim edən şəxsdən niyə soruşulmayıb ki, Z.Y.Bayramov ona etibarnamə verib ki, onun iddia ərizəsini məhkəməyə təqdim etsin. Belə bir etibarnamə saxta iş materiallarında yoxdur. Eyni zamanda, yuxarıda qeyd edilən saxtalaşdırılmış qətnamədə göstərilir ki, guya iddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlu qardaş Bayramov Ruzigara etibarnamə vermişdir ki, onu məhkəmədə təmsil etsin. Belə bir etibarnamə saxta iş materiallarında yoxdur. Allahını unutmuş cinayət törətmiş hakimlər İ.Kərimli, X.Cəmilova və İ.Xəlilov məhkəmə istintaqı zamanı müəyyən etdilər ki, Z.Y.Bayramov iddiaçı deyil, hakimləri saxtakarlığa vadar etmələrinin səbəbi korrupsiyalaşmış məhkəmə qruplarını və mütəşəkkil dəstəni müdafiə etmək olmuşdur. Cinayət törətmiş hakimlər Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən bilməlidirlər ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Cinayət törətmiş hakimlər Azərbaycan reallıqlarına görə çıxardıqları saxtalaşdırılmış qətnamələri öz nəzəriyyələrinə və mülahizələrinə əsasəndir.

Saxtalaşdırılmış qətnamədə istinad edilmiş qanunlar gülünc doğurur.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın hakimləri İ.Kərimlinin, X.Cəlilova¬nın və İ.Xəlilovun 12.02.2019-cu il tarixli 2(103)-587/2019 saylı saxtalaşdırılmış qətnaməsinə əsasən mənim apellyasiya şikayətim təmin edilmədi. Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 aprel 2006-cı il tarixli, 2-501/2006 saylı gizli çıxarılmış qətnaməsi mənə münasibətdə dəyişdirilmədən saxlanıldı.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası mənim kassasiya şikayətimə 24.06.2019-cu il tarixində hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə Vəliyeva Elşənə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə baxıldı.

Məhkəmə prosesində birinci mən çıxış etdim. Və sübut etdim ki, iş üzrə iddiaçı hesab olunanlar heç vaxt iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş¬dilər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmət Sərhəd Nəzarəti rəsmi bildirdi ki, iddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlunun 22.02.2006-cı il tarixdə Azərbaycan Respublikasından çıxışı olub.

MK-nın məhkəmə iclasında bildirdim ki, iddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlu Bakı şəhərində olmadığı üçün onun heç bir məhkəmə işlərindən xəbəri olmamasını Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.01.2018-ci il tarixli məhkəmə iclasında bildirdi. Ali Məhkəmənin MK-nın 24.06.2019-cu il tarixli məhkəmə iclasının protokolu hakim Əskərov Qürbət Ağa oğlu və məhkəmə iclasına katiblik etmiş Əkbərli Əkbər Eldar oğlu tərəfindən saxtalaşdırması sübutdu. Belə ki, Ali Məhkəmənin MK-nın iclas protokoluna əsasən Bayramov Ziyədəli Yasin oğlu mənə 31.01.2018-ci ildə onun məhkəmə iclasından xəbəri olmamasını bildirmişdir.

Hakim Qürbət Əskərov məhkəmə iclasında Bakı şəhəri Nizami rayonun 26 saylı MKİS-nin sabiq rəisi R.Babayevin qanunsuz olaraq təsdiq etdiyi qonşuların aktını əsaslandırmağa çalışdı. Eyni zamanda, Orxan Bayramovun guya şahid qismində danışmasına da don geyindirmək istədi. Orxan Bayramov məhkəmə iclaslarında heç vaxt olmayıb.

Yuxarıda qeyd edilən əsaslara görə məhkəmə iclasının protokolunu saxtalaşdırdıqları üçün Ali Məhkəmənin hakimi Qürbət Əskərov məhkəmə iclasına katiblik etmiş Əkbərli Əkbər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdır-dıqları üçün cinayət törətmələri sübutdu.

Ali Məhkəmənin MK-nın hakimləri Q.Əskərov, E.Vəliyeva və S.Hacıyevə məhkəmə prosesində sübut olundu ki, sübutların saxtalaşdırılması faktları kifayət qədər sübutdu. Ona görə də Ali Məhkəmənin MK-sında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsinə əsasən cinayət işi başlanmalıydı.

MK-nın iclasında mənim vəkilim Şahməmmədov İlqar çıxış etdi. O, iddia ərizəsinin əsassız olmasını aşağıdakı kimi əsaslandırmışdı. Cavabdehin ailəni necə nornal dolandırmayıb. Axı, cavabdeh oliqarx deyil ki, yəni vəkil bildirdi ki, ailə üzvlərinin cavabdehlə əlaqələri olması sübutdu. Vəkil iddia ərizəsinin əsassız olmasını bildirdi. Hakim Qürbət Əskərov Siz vəkillə bildirdiniz ki, hələ bilinmir MK-ya hansı qərarı qəbul edəcək. Bu məsələlər MK-nın iclas protokolunda qeyd edilmədi.

Femido Vəkillər Bürosunun vəkili Eminov Əziz Mürsəl oğlu MK-ın iclasında mənə böhtan atdı. Mən guya RF-da qeydiyyatda olmuşam. Bu faktı hansı hüquqi sənəd təsdiq edir? Belə bir sənəd saxta iş materiallarında yoxdursa, vəkil Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsinə əsasən, bilə-bilə hakimə yalan məlumatlar verməsinə görə cinayət məsuliyyətinə əsasən məsuliyyətə cəlb olunmalıydı.

Məhkəmə prosesində MK-ya bildirdim ki, mütəşəkkil cinayətlər haqqında niyə tədbir görmürsüz. Hakim Qürbət Əskərov bildirdi ki, biz cinayət işinə baxmırıq. Bu məsələlərdə MK-nın məhkəmə iclasının protokolunda qeyd edilməyib. MK-nın hakimləri bilirlər ki, mülki işə baxarkən Azərbaycan Respublika¬sının 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərar çıxarmaqla prokurora xəbər verir. Mən və vəkilim cinayətləri aşkar edirik, hakim Qürbət Əskərov isə cinayət edir. Yəni, cinayətin gizlədir rəsmi sənədi isə saxtalaşdırır.

Prezident İlham Əliyevin Məhkəmə-hüquq islahatları ilə əlaqədar fərmanına hkim Qürbət Əskərov əhəmiyyət vermir.

Məhkəmədə mütəşəkkil dəstənin təqdim etdiyi sənədlərin hamısı saxtadır. Həmin sənədlər Bakı şəhəri Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayeva tərəfindən bir daha saxtalaşdırılmışdır.

Cinayət törətmiş Apellyasiya Məhkəməsinin hakimləri İ.Kərimlinin, X.Cəmilovanın və İ.Xəlilovun 12.02.2019-cu il tarixli 2(103)-587/2019 saylı saxta qərarını Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24.06.2019-cu il tarixli 2(102)-4620/2019 saylı saxta qərarı ilə dəyişdirilmədən saxlanılması 13 nəfər hakimin və 5 nəfər məhkəmə iclasının katiblərinin qrup halında cinayət törətmələri sübutdur.

Yuxarıda qeyd edilən cinayət tərkibli işin qanuna əsasən tədbir görülməsini xahiş edirəm”.

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org