Müxalif liderlər əfv sərəncamı haqda DANIŞDILAR

Müxalif liderlər əfv sərəncamı haqda DANIŞDILAR

Mirmahmud Mirəlioğlu: “Bu əfv fərmanı siyasi məhbusların hamısına şamil olunsaydı, daha doğru olardı”

İqbal Ağazadə:“İqtidarı siyasi müxalifətlə dialoqa dəvət edirəm”

Elşad Musayev: “Azərbaycanda siyasi məhbus olmamalıdır”

Əli Əliyev: “Gələcəkdə Azərbaycanda siyasi məhbus olmamasına siyasi hakimiyyət mövqe ifadə etsin”

Əhməd Oruc: “Cəmiyyətin aktivləməsindən sonra siyasi məhbuslara münasibətdə dəyişiklik var”

Prezident İlham Əliyevinin şənbə günü imzaladığı əfv sərəncamında keçmiş səhiyyə naziri Əli İnsanovun, AXCP sədrinin müavinləri Gözəl Bayramlının və Fuad Qəhrəmanlının, “heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimovun və Bayram Məmmədovun, 2013-cü ildə keçirilmiş “Əsgər ölümlərinə son” aksiyasının təşkilatçılarından biri olmuş İlkin Rüstəmzadənin, keçmiş prokurorluq işçisi Rüfət Səfərovun və digər siyasi məhbusların olması icitmaiyyət arasında təqdirəlayiq addım kimi qiymətləndirildi. Müxalif partiya sədrləri də bu addımı müsbət qiymətləndirir.

“Kaş ki, siyasi məhbusların, bütün məhbəsdə olanların hamısı azad olunardı”

Картинки по запросу Mirmahmud Mirəlioğlu

Prezident İlham Əliyevinin şənbə günü imzaladığı əfv sərəncamı ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud “Hürriyyət”ə dedi ki, bu, çox uğurlu bir addımdır: “Kaş ki, siyasi məhbusların, bütün məhbəsdə olanların hamısı azad olunardı. Bayram günlərində əfv fərmanı ilə azad olunanları təbirk edirəm, həmişə evinizdə-eşiyinizdə olasınız deyirəm və bu istiqamətdə atılan addmlar təqdirəlayiqdir. Nə yaxşıdır, o yaxşıdır. Bu əfv fərmanı siyasi məhbusların hamısına şamil olunsaydı, daha doğru olardı. Yəni bir az da yaxşı olardı və cəmiyyətdə də abı-hava, dəyişiklik his olunardı. Amma heçdənsə, kosa yaxşdır. Heç olmasa bu var ki”.

“Kifayət qədər geniş çevrəni əhatə edən bir əfv fərmanı idi”

Картинки по запросу İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə də həbsdən azad olunanları təbrik etdi: “Mən bütün dönəmlərdə insanların azadlığıa çıxmasını, ailəsinə qovuşmasını bir insan olaraq təqdir edirəm və hesab edirəm ki, siyasi proseslərin, ictimai münasibətlərin necə olmasından asıl olmayaraq insanlar ailələrinə, doğmalarına, yaxınlarına və ən böyük nemət olan azadlıqlarına qovuşurlarsa, bunun özü çöx böyük təqdrədlayiq bir addımdır. Düşünürəm ki, cəmiyyəti narahat edən digər siyasi məhbus kateqoriyasına daxil olanlar da ailələrinə qovuşsaydı, daha böyük əfv fərmanı olardı. Amma hər halda bu da kifayət qədər geniş çevrəni əhatə edən bir əfv fərmanı idi. Səhv etmirəmsə 52-yə yaxın siyasi məhbus siyahısında olan adam ailəsinə qovuşub, fərman ümmilikdə 400 nəfərə yaxın adama şamil olunub. Düşünürəm ki, Azərbaycanın siyasi səhnəsi üçün önəmli bir mənzərə yaratmaq olar. Hələ Azərbaycanın problemləri çoxdur, Ermənistan- Azərbaycan müanqişəsinin həllindən tutmuş daxildəki münaisbətlər sisteminə qədər çox ciddi problemlərimiz var. Bunların hamısını masa arxasında əyləşərək çözmək, dialoq, barış çərçivəsində həll etmək üçün yeni imkanlar, fürsətlər açmaq olar. Hakimiyyət prosesi davam etdirərək bu vəziyyətdən yararlanmalıdır. Artıq siyasi məhbus məsələsindən siyasi insitutlarla dialoq məsələsinə keçməlidir və bunun üçün zəmin var. Sosial problemlərlə bağlı bir sıra fərmanlar, sosial problemlərin həll olunması, ardınca siyasi məhbusların böyük bir hissəsinin əfvlə azadlığa qovuşması hakimiyyətə imkan verir ki, növbəti addımlarını atsın”.

“Biz əl-ələ verib Azərbaycanı demokratikləşməyə, yeni mərhələyə çıxarmağa çalışaq”

İ. Ağazadə hesab edir ki, Azərbaycan müxalifəti də stiuasiyanın gərgliyini, ölkədiki problemlərin çoxluğunu nəzərə alaraq hakimiyyətin bu tipli addımlarının daha geniş çevrəni əhatə etməsi üçün məsuliyyətini və ritorikasını düzgün seçməyi bacarmalıdır: “Əslində, biz daha çox hakimiyyəti təşviq etməliyik ki, bu tipli addımları atmaqla yanaşı müxalifətlə masa araxasında, dialoq çərçivəsində görüşləri davam etdirsin, biz əl-əl verib Azərbaycanı demokratikləşməyə, yeni mərhələyə çıxarmağa çalışaq. Çünki Cənubi Qafqazda Ermənistan və Gürcüstan bağlı mənzərə Azərbaycanın lehinə deyil, əleyhinədir. Biz çalşmalıyıq ki, müxalifət iqtidar əl-ələ verərək bu mənzərəni Cənubi Qafqazda lehimizə dəyişə bilək. Bunun üçün hökmən demokratik seçkilər, müxalifət-iqtdar barışı, dialoqu vacib şərtdir. Mən hakimiyyətə səslənirəm ki, prosesləri bu istiqamətdə davam etdirsin. Həmçinin müxalifətə də səslənirəm ki, bunu kiminsə qorxalqlığı, geri çəkiməsi kimi yox, əslində, daha xoş məramlı yanaşaraq bunu barış, dialoq müstəvisində atıla biləcək növbəti addımın anonsu kimi dəyərləndirsinlər. Biz Cənubi Qafqazın gerçək lideri olmaq üçün iqtisadi və demoqrafik potensialımız imkan verdiyi halda, daxildə olan çəkişmələr, qeyri-demokratik münasibətlər sistemində və ölkədə baş verən qanunsuzluqların miqyasına görə bütün göstəricilərdə təəssüf ki, Ermənistan və Gürcüstana uduzuruq. Bunları dəyişməyin zamanıdır. Bu da əl, düşüncə, iş birliyi ilə mümkündür. Mən iqtidarı da növbəti mərhələdə siyasi müxalifətlə dialoqa dəvət edirəm və hesab edirəm ki, biz Azərbaycanın məsuliyyətini, regiona təsir imkanalarını və regionda ayrı-ayrı dövlətlərin maraqlarının qarşısını alıb, Azərbaycanın milli maraqlarını təmin etmək üçün tək yolumuz budur. Biz Azərbaycan naminə hamımız bir yerdə birləşməyi bacarmalıyıq”.

“Azərbaycan fərqli fikrə hörmətlə yanaşmalıdır”

“Xalq Hərəkatı ölkədə demokratik seçki keçirilməsi üçün öz töhvəsini verəcək” - ELŞAD MUSAYEV

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə “Hürriyyət”ə dedi ki, əfv fərmanına münasibəti normaldır: “Hesab edirəm ki, Azərbaycanda siyasi məhbus olmamalıdır. Azərbaycan hakimiyyəti hər hansı qüsur varsa, çalışıb düzəltməldir, fərqli fikrə hörmətlə yanaşmalıdır. Ona görə də əfv fərmanına münasibətim təbii ki, normaldır. Hesab edirəm ki. siyasi məhbuslar da, günahsız həbsdə yatanlar da həbsdə saxlanılmamalıdır, buraxılmaldır”.

“Hakimiyyət texnoloqları ölkədəki real vəziyyəti düzgün qiymətləndiriblər”

“Bu prosesin davamlı olacağına inanırsınızmı ki, bundan sonra, Azərbyacanda siyasi məhbus problemi olmayacaq” sualına E. Musayev belə cavab verdi: “Bunu bilmək çox çətindir. Hiss olunur ki, indi hakimiyyət texnoloqları ölkədəki real vəziyyəti düzgün qiymətləndiriblər və gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağa çalışırlar. Amma sonrakı mərhələdə necə olacaq, bunu demək çətindir. Çünki hakimiyətdə yenə də köhnə düşüncəli komanda qalır, hansı ki, “şahin komanda” deyirdilər, həmin onlar qalır. Onların düşncəsi də islahat yönümlü deyil, daha çox basqı, təzyiq altında ölkəni idarə etmə istəyirlər. Ona görə, konkret növbəti mərhələdə hansı addım atılacaq, bunu demək bir qədər çətindir”.

“Biz istəyirik ki, yeni gələn komanda ortaya fərqli bir mövqe qoysun”

Amma yeni komanda da da formalaşıb” dedikdə E. Musayevin cavabı bu cür oldu: “Yeni komanda olan yeni nazirlərin əksəriyyətinin ya düşüncələri yeni deyil, ya da basqı altındadırlar. Ona görə fərqli, fundamental bir mövqe ortaya qoymurlar. Məsələn, rabitə və yüksək texnologiyalar naziri var, o hansı fərqli, yenilikçi, islahatçı bir mövqe ortaya qoydu ki, eləcə də o birislər olsun. Ona görə, konkret demək olmaz. Əslində, biz istəyirik ki, yeni gələn komanda ortaya fərqli bir mövqe qoysun, bunun üçün hakimiyyət komandasının özünün məsələlərə münasibəti dəyişməlidir”

“Yenə də siyasi məhbusların qalması Azərbaycan dövləti adına baş ucalığı gətirmir”

Похожее изображение

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də əfv sərəncamı ilə bağlı fikilərini “Hürriyyət”lə bölüşdu: “Təbii ki, müsbət addımdır. Ancaq Azərbaycanda yenə də siyasi məhbusların qalması Azərbaycan dövləti adına baş ucalığı gətirmir. Ona görə də bunun tam olmasını istəyərdim. Ancaq bütün hallarda 2014-cü ildən bu yana ən böyük əfv fərmanıdır. Buna görə pozitiv qiymətləndirmək lazımdır. Amma həm də çağırış etmək lazımdır ki. digər siyasi məhbuslar da qısa müddətdə azad olsunlar və gələcəkdə Azərbaycanda siyasi məhbus olmamasına siyasi hakimiyət mövqe ifadə etsin”.

“Atılan addımların heç biri fundamental xarakter daşımır, zahiri xarakter daşıyır”

“Ümid edirəm ki, ölkədə siyasi anlaşılmazlıqlar normal qaydada, sivil dünyaya xas olan şəkildə formaşdırılsın. Atılan addımlar bu istiqamətləri göstərir, ancaq nə qədər davamlı, dərin, fundamental olacaq, hələ o barədə bir söz demək olmur. Çünki atılan addımların heç biri fundamental xarakter daşımır, zahir xarakter daşıyır”,-deyə VİP sədri vurğuladı.

“Biz digər siyasi məhbusların da azad olunmasına nail olacağıq”

“Xalq Hərəkatında hakimiyyətə xidmət edənlər var, amma...” - ƏHMƏD ORUC

Azadlıq Partiyasının sədri Əhməd Oruc da ailəsinə qovuşan məhbusları və onların ailələrini təbrik etdi: “Onların çoxusu günahsız olaraq həbsdə idilər. Bizim yenə həbsdə olan siyasi məhbuslarmız var ki, yalnz siyasi fəaliyyətinə görə həbs olunublar, onların da tezlkiklə öz haqq etdiklərinə, azadlıqlarına qovuşmalarını arzu edirəm. Mən hesab edirəm ki, cəmiyyətin basqısı altında, cəmiyyətin aktivləməsindən sonra siyasi məhbuslara münasibətdə də bir dəyişiklik var. Ümid edirəm ki, biz aktiv siyasi fəaliyyət nəticəsində digər siyasi məhbusların da azad olunmasına nail olacağıq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA