Müxalifət Minsk Qrupundan imtina olunmasını TƏLƏB EDİR!

Müxalifət Minsk Qrupundan imtina olunmasını TƏLƏB EDİR!

Mirmahmud Mirəlioğlu: “Azərbaycan bu missiyadan imtina etməsini ortalığa qoymalıdır”

Elşad Musayev: “Azərbaycan hakimiyyəti ortaya mövqe qoymalıdır”

Pənah Hüseyn: “Azərbaycan öz torpaqlarını azad etmək üçün alternativ yollar tapmalıdır”

Tahir Abbaslı: “ATƏT-dən imtina etmək lazımdır”

ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 8-də Dağlıq Qarabağda “yerli seçkilər”in keçirilməsi ilə əlaqədar bəyanat yaydılar ki, “həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır”. Əslində, həmsədrlərin bu bəyanatdan sonra Minsk Qrupundan imtina etmək lazım gəlirdi. Məhz buna görə də Azərbaycan Demokrat Partiyası (ADP) Minsk Qrupunun səsləndirdiyi bəyanatı qətiyyətlə rədd edib və belə bir bəyanatın onların üzərinə götürdüyü barış missiyası ilə ziddiyyət təşkil etdiyini bəyan edərək, sözügedən təşkilatın missiyasını tanımadığını elan edib.

Göründüyü kimi, illərdir ATƏT-in Minsk Qrupu Azərbaycan xalqınının başının altına yastıq qoyub, bədnam qonşumuza haqq qazandırır. Əslində, nəinki ADP, digər partiyalar da Minsk Qrupunu tanımadıqlarını rəsmən elan etməlidirlər. Çünki Minsk Qrupu hər zaman olduğu kimi, bundan sonra da işğalçı Ermənistan dövlətinə bəraət qazandıracaq.

“Azərbaycan hakimiyyəti Qarabağın işğaldan azad olunmasından ötrü konkret əməli fəaliyyətə keçməlidir”

Картинки по запросу Mirmahmud Mirəlioğlu

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsindəki rolu ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə dedi ki, həmsədrlərin bu açıqlamaları, fəaliyyətləri Azərbaycanın əleyhinədir: “Azərbaycan hakimiyyəti bunun fərqində olmalıdır və bunların missiyasının Azərbaycanın əleyhinə olduğunu əsas gətirərək onlardan bu missiyanın dondurulmasını tələb etməli və yaxud Azərbaycan bu missiyadan imtina etməsini ortalığa qoymalıdır. Azərbaycan hakimiyyəti Qarabağın işğaldan azad olunmasından ötrü konkret əməli fəaliyyətə keçməlidir”.

“Bu barədə bütün partiyalar, siyasilər mövqeyini çoxdan ortalığa qoyub”,-deyə partiya sədri əlavə etdi.

“Azərbaycan öz problemini özü həll etməlidir”

Картинки по запросу Elşad Musayev

Minsk Qrupunun fəaliyyəti ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də “Hürriyyət”ə fikirlərini bölüşdü: “İllər göstərdi ki, ATƏT-in Minsk Qrupu da, onun həmsədləri də imitasiya ilə məşğul olublar. Biz illər öncə demişik, yenə də sözümüzdə qalırıq, ATƏT-in Minsk Qrupu, nə də bu həmsədlər vasitəsilə Azərbaycan öz problemini həll edə bilməz. Kim bu danışıqlara inanırsa, çox böyük səhv edir. Azərbaycan həmsədlərdən imtina etdi-etmədi heç nəyi dəyişmir. Yəni çoxdan imtina etməliydi. Azərbaycan öz problemini özü həll etməlidir. Biz dəfələrlə demişik, yenə deyirik Qarabağ, itirilmiş torpaqlar məsələsində iqtidar-müxalifət məsələsi yoxdur. Azərbaycan hakimiyyəti qərarlı möve sərgiləməlidir. Əgər Azərbaycan hakimiyyəti qərarlı möve sərgiləyirsə, Azərbaycan müxalifəti də onunla eyni cəbhədə olmalıdır. Təəssüflər olsun ki, belə deyil, Azərbaycan hakimiyyəti qorxaq mövqedədir. Bizim də müdafiə eləməyə yerimiz olmur. Azərbaycan hakimiyyəti də, müxalifəti də illərlə olan bu təhqiri yeməməlidir. Bu, millətimiz, hakimijyyət, müxalifət üçün də böyük təhqirdir. Biz illərlə bu təhqir şəraitində yaşamamalıyıq, uşaqlarımızı bu təhqir şəraitində böyütməməliyik. Nəhayət ki, Azərbaycan hakimiyyəti ortaya mövqe qoymalıdır. Biz kimdən çəkinirik? Rusiyadan çəkinirik? Rusiyanın yüz problemi var və bu bölgədə öz istədiyini həyata keçirir. Əgər bizə mane ola Rusiyadırsa, açıq deyək. Azərbaycan hakimiyyəti bunu deyə bilmirsə, müxalifət olaraq biz deyək, etiraz edək. Və yaxud başqa həmsədr ölkə ilə bağlı sərt mövqeni deməyə hakimiyyət qorxursa, biz deyək. Bu məsələdə Azərbaycan hakimiyyəti ilə müxalifəti bir arada olmalıdır. Təəssüflər olsun ki, bu, baş vermir. Ona görə də həmsədlər də gəlib-gedir, zaman da keçib-gedir, bizim problemimiz həll olunmur”.

“Azərbaycan əsgəri hər gün addım-addım gərginlik yaratmalıdır”

“Hökumətin Minsk Qrupundan imtina etməməsinin səbəbi odur ki, bu hakimiyyət gələndə bu böyük dövlətlərin müəyyən razılıqları olub. Bu böyük dövlətlər də Minsk Qrupunu, həmsədləri müəyyənləşdiriblər. Ona görə, Azərbaycan hakimiyyəti bundan imtina edə bilmir. Təəssüflər ki, reallıq budur. Və çoxları da bunu demək istəmir. Eyni zamanda hakimiyyətin özünün fəaliyyətində ciddi qüsurlar var. Bundan həmin o həmsədlər istifadə edirlər. Təəssüflər ki, bu reallıq şəraitində yaşayırıq. Ona görə də biz Minsk Qrupundan imtina edə bilmirik. Amma Azərbaycan əsgəri hər gün addım-addım gərginlik yaratmalıdır. Azərbaycan ordusu hər gün işğalçıya qarşı bir hücum əməliyyatı həyata keçirməlidir. Heç olmasa hər gün 1 metr torpaq almalıdır. Azərbaycan hakimiyyətinin işi-gücü bu olmalıdır. Yoxsa Azərbaycan əsgərini, zabitini bir qotur gürcü gəlib sərhəddə döyür, ayıbdır, belə yaşamaq olmaz və belə də ölkəni idarə etmək olmaz”,-deyə partiya sədri vurğuladı.

“Azərbaycan hakimiyyəti qorxursa, bunu biz deyək”

E. Musayevin sözlərinə görə, o, bu ölkədə hamıdan əvvəl, 1997-ci ildə ATƏT olanda onun əsasnaməsini oxuyub və o vaxtı bəyanat verib ki, bu qurum vasitəsilə Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməz: “Buna görə, “Azadlıq” qəzetində mənim əleyhimə kompaniya yaratdılar ki, Elşad Musayev pessimist bəyanatlar verir. Biz onda da sözümüzü dedik, indi də deyirik. ATƏT-in məcburetmə mexanizmi yoxdur. Məcburetmə mexanizmi olmayan bir qurum probelmi həll edə bilməz. ATƏT-in silahlı dəstəsi yoxdur, məcburetmə mexanizmi yoxdur. Bir də ki, Rusiya da, Amerika da, Fransa da ermənipərəst mövqedədir. Bunlar ona görə yanıqlıdır ki, bur torpaqları qopardılıb, Ermənistana verilsin. Bunu həm Rusiya, həm Fransa, həm də Amerika istəyir. Bunu qorxub niyə demirlər? Bizim üçün milli mənafe hər şeydən öndədir. Ona görə, biz açıq deyirik. Yenə də təkrar edirəm, əgər Azərbaycan hakimiyyəti qorxursa, bunu biz deyək”.

“Minsk Qrupunun bu mövqeyi tam onların mandatından kənar olan bir mövqedir”

Картинки по запросу Pənah Hüseyn

Minsk Qrupunun son bəyanatı ilə bağlı keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn isə dedi ki, bu barədə Qarabağ Komitəsinin mövqeyi var: “Bəyanat vermişdik. Minsk Qrupunun bu mövqeyi tam onların mandatından kənar olan bir mövqedir. Biz bu bəyanatı təcavüzkarı şirnikləndirən bir mövqe kimi dəyərləndirmişdik. Mənim də mövqeyim odur. Mənə elə gəlir ki, Minsk Qrupunun bu cür mövqeləri, onların apardığı işə münasibəti çox ciddi bir şəkildə Azərbaycan üçün bir daha aydın edir ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün alternativ yollar tapmalıdır”.

“Bunlar haqqın tərəfində durmaq, Azərbaycanı müdafiə etmək iqtidarında deyillər”

Картинки по запросу Hacı Tahir Abbaslı

İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı isə qeyd etdi ki, Minsk Qrupunun son bəyanatından əvvəl də görülən işlərin bir nəticəsi olmadığı ortadadır: “Birmənalı olaraq Ermənistanı müdafiə etdikləri aydındır və Azərbaycan, müsəlman xalqını çətin duruma salmalarının səbəbkarıdırlar. Bu bəyanatlar bir daha sübut edir ki, bunlar haqqın tərəfində durmaq, Azərbaycanı müdafiə etmək iqtidarında deyillər və məqsədləri də yoxdur. Elə hədəfləri zorakı millətin tərəfində durmaqdır. Biz də hesab edirik ki, ATƏT-dən imtina etmək lazımdır.

“Onların hədəfləri Qarabağı qaytarmaq deyil”

“Bu məsələyə hakimiyətin özünün siyasi baxışları var. Yəni hakimiyyət kimi geri çəkildikdə hakimiyytədə qalmaq ehtimalları azalır. Elə hesab edirlər ki, bu gün vaxt uzatmaqla müəyyən bir nəticə əldə edə bilərlər. Yaxud elə hesab edirlər əməkdaşlıq edə bilərlər, amma hadisələr getdikcə sürətlənir və proseslərdə hakimiyyətin təsiri getdikcə azalır və Qərb də bundan məharətlə istifadə edir. Azərbaycanın yeraltı, yerüstü sərvətlərini də su qiymətinə aparırlar. Yəni onların hədəfləri Qarabağı qaytarmaq deyil. Qarabağı bəhanə edərək Azərbaycanın məhsulların su qiymətinə aparmaqdır”,-deyə partiya sədri vurğuladı.

Şamo EMİN, Hurriyyet.org