MÜXALİFƏT ERMƏNİLƏRİN SƏFƏRİNƏ ETİRAZ EDİR - “Bu, çox gülünc, məntiqdən, peşəkarlıqdan uzaq bir addımdır”

MÜXALİFƏT ERMƏNİLƏRİN SƏFƏRİNƏ ETİRAZ EDİR - “Bu, çox gülünc, məntiqdən, peşəkarlıqdan uzaq bir addımdır”

Mirmahmud Mirəlioğlu: “Vətən müharibəsinə başlamalıyıq”

İqbal Ağazadə: “Azərbaycan jurnalistinin orada nə işi var?”

Əli Əliyev: “Azərbyacan iqtidarı bu siyasətin Azərbaycan xalqına hesabatını verməlidir”

Elşad Musayev: “Ermənistan-Azərbaycan münaqişəsinin başında duran Rusiyadır”

Bildiyimiz kimi, aprelin 15-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirildi. Məlumata görə, görüşdə nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər. Maraqlıdır ki, Qarabağ münaqişəsinin həll edilməsi üçün jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması lazımdırmı və bu, müsbət nəticə verə bilərmi? Əslində, bu suala birmənalı “YOX” demək lazımdır. Çünki bu, ancaq Rusiyaya lazımdır ki, münaqişə uzansın və Ermənistanın xeyrinə həll olunsun.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İviça Daçiçlə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında verdiyi “Rəsmi Moskva hesab edir ki, rəsmi Bakı ilə Yerevan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əldə olunan son razılıqlar kağız üzərində qalmayacaq. Biz bu razılıqların həyata keçirilməsinə kömək edəcəyik” açıqlaması da bunu aydın göstərir.

Görəsən, müxalifət Qarabağ münaqişəsinin həll edilməsi üçün jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması məsələsinə necə baxır?

“Moskva görüşü dişsiz, uğursuz, əhəmiyyətsiz bir görüş idi”

Картинки по запросу Mirmahmud Mirəlioğlu

Qarabağ münaqişəsinin həll edilməsi üçün jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması məsələsi ilə bağlı Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə fikirlərini ifadə etdi: “Jurnalistlər onsuz da indiyəcən gedirdilər, gəlirdilər. Kimin qohum-əqrabası var, onlar da gedirdilər, gəlirdilər. Hətta Azərbaycan iqtidarının nümayəndələri, nazirlər vardı ki, Ermənistana səfər edirdilər, guya, dədə-babalarının qəbirlərini ziyarət edirdilər, bunların heç birisi Qarabağ probleminin həll edilməsinə yönəlməyib, əksinə camaatı bir az çaşdırmaq və sülh, xalq diplomatiyasına və.s xidmət etməkdən ötrüdür. Moskva görüşü ehtiyac olmayan, əhəmiyyətsiz bir görüş idi. Bizim xarici işlər nazirimizin görüşdən qabaq bir bəyanatı var idi ki, “mənimlə razılaşmayanlar Zakir Həsənovla görüşməli olacaqlar”. Bu, Lavrovun təşəbbüsü, Rusiyanın iştirakı ilə həmin şüarın əhəmiyyətsizləşdirilməsinə xidmət edən bir görüş idi, başqa bir şey deyildi. Jurnalistlərin də bu məsələdə nə qədər xidmətləri olsa belə, Qarabağ probleminin həllinə heç bir müsbət təsiri olan məsələ deyil. Əsirlərin ailə üzvləri ilə görüşməsi, təmaslar olması, əkin-biçin zamanı şərait yaradılması müzakirə olunub. Bu, əkin-biçin harada gedir? Azərbaycan ərazisində. Niyə bizim torpağımızı başqası əkməlidir, becərməlidir? Hələ ona da Azərbyacan tərəfi atəşkəs pozulmasın deyə şərait yaratmalıdır və yaxud onlar bizim zəmilərimizi od vurub yandırmalıdır, biz də bu məsələlərə baxmalıyıq? Moskva görüşü dişsiz, uğursuz, əhəmiyyətsiz bir görüş idi”.

“Rusiyanın rəhbərliyi ilə Azərbaycan torpaqları işğal olunub və işğal olunmuş torpaqlar erməniyə peşkəş verilib”

“Hazırda Avropa Birliyi məsələsi, başqa məsələlər var deyə və heç nədənsə bir iş görmək lazımdır deyə, bunlar edilir. Rusiyanın rəhbərliyi, iştirakı ilə Azərbaycan torpaqları işğal olunub və işğal olunmuş torpaqlar erməniyə peşkəş verilib. Rusiya burada daha nə etməlidir ki? Biz sadəcə olaraq ordumuzla, insanlarımızla bütövlükdə müsəlləh bir əsgər kimi səfərbər olmalıyıq, torpaqlarımızı azad etməliyik. Biz nə “Lavrov planı”na, nə “Medvedev planı”na, nə Moskva görüşünə, nə də dünyanın ayrı-ayrı çeşidli şəhərlərinin adı ilə olan sammitlərə etina etməməliyik və torpağımızı azad etməliyik, milli birliyə nail olmalıyıq, vətən müharibəsinə başlamalıyıq, vəssalam. Ondan sonra, qalan məsələlər də olacaq, jurnalistlər gələcəklər, zəfər reportajı da yapacaqlar və bir-biri ilə əlaqə saxlayacaqlar”,-deyə KXCP sədri əlavə etdi.

“Bu, çox gülünc, məntiqdən, peşəkarlıqdan uzaq bir addımdır”

Картинки по запросу İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə də jurnaslitlərin qarşılıqlı səfələrinə etirazını bildirdi: “Jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması, cəmiyyətə, münaqişənin həllinə müsbət nəsə verəcəyini demək çox çətindir. Ona görə çətindir ki, onsuz da jurnalistlər qarşılıqlı səfərlərdə nəyin necə olduğunu bilirlər. Azərbaycan jurnalisti gedib orada nə öyrənəcək? Daha da nifrət ruhunda köklənəcək. Çünki onun torpaqları dağıdılıb, ərazisi işğal olunub. Erməni tərəfi zatən ora gəlir, gedir. Bunun münaqişənin həlinə nə aidiyyatı var və bu, münaqişənin həllində hansı rol oynayacaq? Bunun heç bir əhəmiyyəti yoxdur. Rusiya sadəcə olaraq variant üzərində speklyuasiya edir və özünü elə göstərir ki, onun diktəsi ilə nə deyilirsə, o edilir, atşəkəs olunacaq, olunacaq, hücum olacaq, olacaq, torpaq işğal olunacaq, olunacaq. İndi deyir, jurnalistlər səfər etsin, indi də jrunalistlər səfər edəcək. Azərbaycan jurnalistinin orada nə işi var? Gedib nə görəcək? Görəcək ki, onun tarixi abidələrini, yaşayış evlərini necə dağıdıblar, torpaqlarını necə işğal ediblər. Torpağını işğal edənlər də özlərini fərqli bir dövlətin, Azərbaycan dövlətinin yox, başqa bir dövlətin nümayəndəsi hesab edirlər. Bu, çox gülünc, məntiqdən, peşəkarlıqdan uzaq bir addımdır və bu, etimad mühiti yarada bilməz, əksinə oradan gələn jurnalistlərin yazacağı hər hansı məqalə daha duyğusal, təhrikçi yazılar olacaq. Çünki buna da Azərbaycan jurnalistlərinin haqqı var, onların torpaqları işğal olunub və onlar gedib bunu canlı şəkildə görürlər”.

“Mən bildiym kimi, Məmmədayarov da, Azərbaycan hökuməti də bilir”

“Rusiya XİN başçısı Lavrovun “Rəsmi Moskva hesab edir ki, rəsmi Bakı ilə Yerevan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əldə olunan son razılıqlar kağız üzərində qalmayacaq. Biz bu razılqıların həyata keçirilməsinə kömək edəcəyik" bəyanatı da təzyiq deyilmi” sualına İ. Ağazdə belə cavab verdi: “Birmənalı belədir, başqa heç bir adı yoxdur. Məgər Elmar Məmmədyarov və yaxud Azərbaycan hökuməti anlamır ki, Azərbaycan jurnalistinin ora səfər etməsi, işğal olunmuş, 25 ildir vətəndaşının gedə bilmədiyi, dağıdılmış, xaraba, yiyəsiz qalmış bir yerə və Azərbaycandan ayrıldığını iddia edən kiçicik bir quruma, kiçicik bir əraziyə Azərbaycan jurnalistinin səfər etməsi nəyi dəyişir? Bunu mən bildiym kimi, Məmmədayarov da, Azərbaycan hökuməti də bilir. Sadəcə bu razılıq ona görə əldə olunub ki, Rusiya belə istəyir”.

“Məmmədyarov heç bir iradə nümayiş etdirmir”

Картинки по запросу Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə vurğuladı ki, jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması yanlış siyasətdir: “Bu xalq diplomatiyası adlandırılan və Azərbaycanın milli maraqlarına uyğun olmayan siyasətin tərkib hissəsidir. İndi bütün dünya Azərbaycanı işğalla barışmaq və işğalı fakt olaraq qəbul etmək, xalqlarlar arasında münasibətlərin bərpasına sövq etməklə məşğuldur. Təəssüf edirəm ki, Məmmədyarov da bu prosesin tərkibindədir, heç bir iradə nümayiş etdirmir və faktiki vəziyyətin ermənilərin xeyrinə həll olunmasında iştirak edir. Əslində, Məmmədyarov yox, bütövlükdə Azərbaycan iqtidarı bu hərəkətə görə məsuliyyət daşıyır. Bundan əvvəl də bunu sayaq bəyanat Parisdə verilmşidi. Parisdə xalqların sülhə hazırlanması ilə bağlı Məmmədyarovun imzası atılmışdı. Bu, yanlış siyasətdir. Azərbyacan iqtidarı bu siyasətin Azərbaycan xalqına hesabatını verməlidir. Nəyə görə bu siyasətə müəlliflik edir?”

“Biz millət kimi qullaqlarımızı sallayıb, bu məsələyə seyrçi mövedə olmamalıyıq”

“Qarabağ Azadlıq Təşkilatı bu “razılaşmaya” ictimai qınaq üçün qrup formalaşdırıb. “Razılaşmaya” münasibət bildirən adamların adı üç siyahıda oz yerin tapacaq. Bura qara, boz ve ağ siyahı aiddir. Qara siyahıya Ermənistan ve Daglıq Qarabaga səfər edənlər, boz siyahıya bu gediş-gəlişə musbət yanaşanlar, ağ siyahıya ise bu səfərlərin mənasız oldugunu bildirib, onun əleyhinə olanlar daxil olacaqlar. Bu qınaq bir nəticə verə bilərmi” sualına Əli Əliyev belə cava verdi: “Müxtəlif təşəbbüslər ola bilər. Bu təşəbbüslər ortaya çıxar, müzakirə edib, qiymət verərik. Amma hər halda xalq burada müqavimət göstərməlidir, eyni zamanda xalqın təşkil etdiyi qurumlar bu işdə fəal olmalıdırlar. Biz millət kimi qullaqlarımızı sallayıb, bu məsələyə seyrçi mövedə olmamalıyıq. Torpaq işğal olunub, əhali köçkün vəziyyətində yaşayır, erməni tərəfdə əsirlərimiz var. Məhz bu status kvoda Azərbaycanın barışçı tərəf kimi iştirak etməsi yanlışdır və milli maraqlarımıza uyğun deyil”.

“Ermənistan arzularını Rusiya vasitəsilə həyata keçirir”

“Toplantıların keçirilməsinə hakimiyyət mane olur” - PARTİYA SƏDRİ

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də məsələ ilə bağlı fikirlərini bölüşdü: “İndiyə qədər belə təşəbbüslər çox olub, amma Rusiya bununla baş qatmaq istəyir. Çünki Ermənistan-Azərbaycan münaqişəsinin əslində, başında duran Rusiyadır. Ermənistan arzularını Rusiya vasitəsilə həyata keçirir. Ona görə, bu cür səfərlərin heç bir effekti yoxdur, baş qatmaq üçündür. Hesab edirəm ki, belə səfərlərlə Azərbaycan xalqını, ictimaiyyətini aldatmaq cəhdində bulunurlar. Bu, yanlışdır. Azərbaycan cəmiyyəti belə əhəmiyyətsiz işlərə əhəmiyyət verməməlidir, Azərbaycan hökuməti ölkənin ərazi bütovlüyünü təmin etmək üçün əməli tədbirlər görməlidir və bizim jurnalistlər də görülən işlər işıqlandırmalı, işğaldan azad edilmiş ərazilərimizdə çəkilişlər aparmalıdır”.

“Lavrovun bu təklifi də təzyiqdən başqa bir şey deyil”

“Sirr deyil ki, Rusiya həm Azərbaycana, həm də Ermənistana təzyiq edir. Biz özümüzü aldadırıq deyirik ki, Rusiya Ermənistana təzyiq edir. Belə çıxır ki, guya, Azərbaycana təzyiq etmir, əksinə Rusiya Azərbaycana Ermənistandan daha çox təzyiq edir. Əslində, Azərbaycan təzyiq edir. Ermənistana nə təzyiq edir, Ermənistanın arzularını yerinə yetirir. Bu, təzyiqin bir formasıdır. Hesab edirəm ki, Qarabağ məsələsində iqtidar, müxalifət və iqtidara yaxın mətbuat olmamalıdır. Bizim milli maraqlarımız nəyi təmin edirsə, o məsələdə Azərbaycan cəmiyyəti də , müxalifəti də, iqtidar da vahid mövqedən çıxış etməlidir. Təəssüflər olsun ki, bunu təşkil etməli olan hakimiyyət orqanları bu məsələdə düzgün mövqe tutmurlar və Lavrovun bu təklifi də təzyiqdən başqa bir şey deyil. biz belə qiymətləndiririk və bunu qətiyyətlə rədd edirik”,-deyə E.Musayev vurğuladı.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA